Hindistanda 3 dəfə "talaq" deyib boşamaq müzakirə olunur

Shayara Bano
Image caption Shayara Bano talaqın konstitusiyaya zidd olduğu barədə iddia qaldıranlardan biridir.

Hindistanın Ali Məhkəməsi İslam qaydaları ilə boşanma təcrübəsinə qarşı qaldırılmış iddiaları nəzərdən keçirmək üçün dinləmələrə başlayıb.

Məhkəmə "üçlü talaq" kimi tanınan qaydanın dinin təməl tərkibi olub-olmadığını təhlil edəcəyini bildirib.

Hindistanda ər arvadını 3 dəfə talaq deməklə boşaya bilər. Bu qayda Hindistandan başqa cəmi bir neçə ölkədə tətbiq olunur.

Fəallar bu təcrübənin diskriminasiya olduğunu deyirlər.

Bir çox müsəlman qrupu hesab edir ki, məhkəmə dini məsələlərə qarışmamalıdır.

Hərçənd ki, prosesin başlanmasını Baş nazir Narendra Modi-nin hökuməti dəstəkləyib.

Həssas mövzunu hindu, sinqh, xristian, zərdüşti və müsəlman hakimdən ibarət məhkəmə heyəti nəzərdən keçirir.

İnsan hüquqları müdafiəçiləri və qadınlardan daxil olan bir neçə iddia icraata vahid iş kimi qəbul olunub.

İşin təqdim edilməsi üçün qarşı tərəflərə 3 gün ayrılıb.

Dinləmələrin mayın 19-da başa çatacağı bildirilir.

Bunun ardınca bir neçə həftə ərzində məhkəmənin yekun qərarı elan olunmalıdır.

Əlaqəli mövzular

Bu barədə daha geniş