İtaliya Şengen razılaşmasını müvəqqəti dayandırır

Roma aeroprtu Fotonun müəllifi Getty Images

İtaliya G7 sammitindən əvvəl təhlükəsizlik səbəblərinə görə üzv ölkələrin ərazisində sərbəst hərəkəti təmin edən Şengen razılaşmasını müvəqqəti olaraq dayandırıb.

G7 ölkələrinə daxil olan maliyyə nazirlərinin toplantısı 11-13 May arasında İtaliyanın Bari şəhərində keçirilməlidir.

Qrupa daxil olan ölkələrin liderləri isə 26-27 mayda, Siciliya adasının Taormina şəhərində görüşəcəklər.

Bu toplantılara görə 10-30 may tarixləri arasında İtaliya, Şengen sazişini tətbiq etməyəcək.

Bu deməkdir ki, 20 gün ərzində Şengen zonasına daxil olan Avropa ölkələrindən gələnlər İtaliyada gömrük və sərhəd nəzarətindən keçməli olacaqlar.

İtaliyanın Milli Mülki Aviasiya Təşkilatının (Enac) xəbərdarlığında deyilir ki, bu tarixlər arasında sərnişinlər səyahət üçün etibarlı sənədlərə malik olmalıdırlar.

Enac mümkün növbələr və gözləmə müddətlərinin artmasına görə sərnişinlərə aeroportlara normaldan daha erkən gəlməyi tövsiyə edir.

Enac-ın açıqlamasında nəzarətin quru, dəniz və hava sərhədlərində tətbiq olunacağı bildirilir.

Aviaşirkətlərdən Şengen zonası daxilindən və yaxud da xaricindən həyata keçirilən uçuşlardan əvvəl, təfsilatlı sərnişin məlumatının (API) təqdim olunması istənilir.

Əlaqəli mövzular

Bu barədə daha geniş