Portuqaliyada Papa Francis müqəddəs Fatima məbədini ziyarət etməyə hazırlaşır

Fatima məbədi, 11 may 17 Fotonun müəllifi EPA
Image caption Bu həftə Fatima məbədini rekord sayda zəvvar ziyarət edəcək

Portuqaliyada səfərdə olan Papa Francis ölkənin mərkəzində yerləşən Fatima məbədini ziyarət etməyə hazırlaşır.

Məbədi ziyarət zamanı o, iki çoban uşağının müqəddəsliyə qovuşduqlarını elan edəcək.

Xəbərlərə görə, 100 il bundan əvvəl həmin iki çoban uşağı və daha bir uşağın gözünə Müqəddəs Məryəm Ana görünüb.

Həmin üçüncü uşağın da müqəddəs elan olunması nəzərdə tutulur.

Portuqaliyada təhlükəsizlik tədbirləri görülüb, sərhədə nəzarət gücləndirilib, Şengen vizasının qüvvəsi müvəqqəti olaraq dondurulub.

Bir milyondan artıq zəvvarın tədbirdə iştirak edəcəyi gözlənilir.

Gözlərinə Müqəddəs Məryəm görünmüş həmin üç uşaq artıq vəfat ediblər.

Roma-Katolik Kilsəsi bu hadisəyə xüsusi əhəmiyyət verir, çünki dini müddəalara görə, Müqəddəs Məryəmin kəşf etdiyi həqiqətlər bütün bəşəriyyətə ümid və dəstək verib.

Kilsənin bildirdiyinə görə, Fatimada Müqəddəs Məryəmin görünməsi ilk dəfə 1917-ci il mayın 13-də qeydə alınıb.

Portuqaliya xalqına müraciətində Papa Francis özünü Məryəmə təqdim etmək istədiyini və həmin anda bütün imanlıların da "ürəkləri və ruhları ilə", onunla bərabər olmalarını arzuladığını bildirib.

Jacinta və Francisco Marto müqəddəsliyə şənbə günü layiq görüləcəklər.

Onlar 1918-1919 illərdə, Avropa qrip epidemiyasına məruz qalan zaman vəfat ediblər.

"Fatimanın sirləri" kimi tanınan əlyazmanın müəllifi isə, ölən iki uşağın qohumu olan, Lucia dos Santos adlı üçüncü uşaqdır. O, 2005-ci ildə 97 yaşında vəfat edib. Onun məsud elan edilməsinə isə 2008-ci ildə başlanılıb.

Fotonun müəllifi AFP
Image caption Müqəddəs Məryəm, Fatimada bu üç uşağın "gözünə görünüb" (soldan-sağa: Lucia, Francisco, Jacinta)

Hansı üç sirdən söhbət gedir?

Həmin öncəgörmələri, uşaqların gözünə Müqəddəs Məryəm göründükdən illər sonra qələmə alan Lucia olub. O, rahibə kimi qulluq edərək Coimbra qadın monastırında vəfat edib.

İlk iki sirri Lucia 1942-ci ildə açıqlayıb.

  • Birinci sirdə cəhənnəm görüntüsü, "nəhəng alov dənizi", iblislərdən və insan ruhlarından söhbət gedir.
  • İkinci sir Məryəmin, Birinci Dünya müharibəsinin başa çatacağını və Papa Pius XI dövründə İkinci dünya müharibəsinin başlanacağını öncədən görməsi hesab olunur.
  • Məryəm eləcə dəRusiyanın "günahlarının yuyulmasına" çağırıb: "Mənim istəyimə diqqət yetirilsə, Rusiya doğru yola dönəcək, sülh bərqərar olacaq; əks halda onun buraxdığı səhvlər dünyaya yayılacaq, müharibələr olacaq, Kilsə təqib olunacaq".
  • Üçüncü sirri Lucia bağlı zərfdə 1957-ci ildə Vatikana çatdırıb və həmin zərf yalnız 2000-ci ildə açılıb.
  • Həmin sirdə mələklərin "tovbə" tələb etmələrindən söhbət gedir, sonra Papa və digər dini xadimlər dağa qalxırlar, orada isə onlara əsgərlər tərəfindən ox və güllə atılır, din xadimləri ölür.

Papa Francis-in səfərinin məqsədi

Papa Francis, Fatima məbədini ziyarət etmiş John Paul II and Benedict XVI-in hərəkətini təkrar edir.

Papa, Fatima məbədini cümə günü ziyarət etməlidir.

Cümə günü axşam məşəl işığında mərasim və şənbə günü isə ibadət olacaq.

Məbəd ərazisini qorumaq üçün 6,000 polis əməkdaşı cəlb olunub.

Avtomobildən istifadə edərək mümkün terrorçu hücumların əleyhinə "beton bloklardan" sədlər qurulub.

Terrorçuların nəqliyyat vasitəsilə hər hansı bir hücumunun qarşısını almaq üçün giriş yollarında beton bloklar yerləışdirilib.

Portuqaliya Şengen vizasını müvəqqəti dayandırdığına görə, sistematik yoxlamalar üçün yalnız doqquz sərhəd keçidi açıqdır.

AFP agentliyinin verdiyi xəbərə görə, "kirayə zəvvar" ləqəbi ilə tanınan portuqaliyalı Carlos Gil, Fatima məbədinə baş çəkməyə və orada dua etməyə imkanı olmayanların əvəzinə, 2717 ABŞ dolları məbləğinə onların adından müqəddəs yeri özü ziyarət etməyi təklif edir.

Papanın səfəri müddətində yerli otellərdə və kirayəyə verilən digər yaşayış yerlərində qiymətlər kəskin bahalığı ilə fərqlənir.

Əlaqəli mövzular

Bu barədə daha geniş