Batareyası 5 dəqiqəyə dolan smartfonlar bazara “gələn il çıxarıla bilər”

StoreDot-un hazırladığı yeni cihaz Fotonun müəllifi StoreDot
Image caption StoreDot yeni smartfonun maket modelini hazrlayıb

Batareyası 5 dəqiqəyə dolan smartfonlar alıcılara gələn il təklif oluna bilər.

Yeni texnologiyanı ilk olaraq 2015-ci ildə StoreDot İsrail startapı Las Vegas-da keçirilmiş CES texnologiya sərgisində nümayiş etdirib.

Startapın rəhbəri Doron Myersdorf BBC-ə deyib ki, yeni smartfonların istehsalına artıq 2018-ci ilin əvvəlində başlanıla bilər.

Lakin, CCS Insight şirkətinin texnologiyalar üzrə təhlilçisi Ben Wood səslənən proqnozlara şübhə ilə yanaşır.

Myersdorf həmin smartfonların hansı şirkət tərəfindən hazırlanacağını açıqlamaq istəməyib.

2015-ci ildə o, BBC-ə bildirmişdi ki, yeni batareyada "qeyri-ənənəvi" reaksiyalar sayəsində ionlar anoddan katoda görünməmiş sürətlə çatır - nəticədə, batareyanın dolma sürəti də kəskin artır.

Yeni tipli batareyanın hazrlanmasında nanomateriallardan və adı çəkilməyən orqanik maddələrdən istifadə edilib.

Sözügedən batareyanın bəzi növləri əksər smartfonlardan qalın olsa da, Doron Myersdorf deyib ki, yeni cihaz artıq bazara çıxmağa hazırdır.

"Bizim smatrfonlar 5 dəqiqəyə dolacaq", o deyib.

Onun təbirincə, yeni texnologiya hazırda Asiyada iki batareya şirkətində sınaqdan keçirilir.

Yeni cihazın "kütləvi istehsalına isə" 2018-ci ilin ilk rübündə başlanılacaq.

Əlaqəli mövzular

Bu barədə daha geniş