99 ölkədə kompüterlər haker hücumuna məruz qalır

WannaCry Fotonun müəllifi Webroot
Image caption WannaCry virusunun ekran görüntüsü

Amerikanın Milli Təhlükəsizlik Agentliyindən oğurlandığı (MTA) güman edilən proqramlar vasitəsilə dünya boyu müxtəlif qurumlara haker hücumu həyata keçirilib.

Hücuma məruz qalmış kompüterlər Bitcoin valyutası ilə 300 ABŞ dollarının ödənilməsini tələb edən ziyanlı proqram tərəfindən bloklanıb.

Aprel ayında "The Shadow Brokers" adı ilə tanınan hakerlər qrupu oğurladığı ziyanlı proqramların internetə yüklədiyini elan edib.

Mart ayında Microsoft boşluğu bağlamaq üçün yeniləmə buraxıb. Lakin bir çox sistemlər onu hələ ki, yükləməyib.

Hücum nə dərəcədə miqyaslıdır?

Böyük Britaniya, İspaniya, ABŞ, Çin və Rusiya da daxil olmaqla 99 ölkədə kompüter sistemlərinin virusa yoluxduğu xəbər verilir.

İnternet təhlükəsizliyi üzrə Avast qrupu dünya boyunca ziyanlı WannaCry proqramı ilə 75000 yoluxma halına rast gəldiyini bildirir.

"Bu çox böyükdür", - şirkətin nümayəndəsi Jakub Kroustek deyib.

Bir çox təhlilçiyə əsasən insidentlər bir-birilə əlaqəli kimi görsənir. Lakin ola bilsin ki, bu spesifik hədəflərə qarşı əlaqələndirilmiş hücum halını təşkil etmir.

Bu arada ziyanlı proqramla bağlı olan Bitcoin hesablarına valyutanın daxil olduğu xəbər verilir.

Hücum kimə təsir göstərib?

Ən şiddətli zərbəyə məruz qalanlar arasında İngiltərə və Şotlandiyanın Milli Səhiyyə Xidmətlərinin olduğu (NHS) bildirilir.

WannaCry proqramının ekran görüntüləri NHS əməkdaşları tərəfindən paylaşılıb.

Xəstəxana və həkimlər əvvəlcədən təyin olunmuş görüşə gələn pasientləri qəbul edə bilməyiblər.

NHS işçilərindən biri hücum nəticəsində pasientlərin "böyük bir ehtimalla əziyyət çəkəcəyini" deyib.

Bəzi məlumatlara görə Rusiya ən çox yoluxma hallarının baş verdiyi ölkədir.

Rusiyanın Daxili İşlər Nazirliyi "Windows əməliyyat sistemilə işləyən kömpüterlərə hücum"dan sonra "virusu lokallaşdırmağa" nail olduğunu vuğulayır.

İnternet hücumuna İspaniyanın rabitə nəhəngi Telefonica və Portuqaliyanın Telecom şirkəti də məruz qalıb.

Virusun təsirini başqa ölkələrlə yanaşı Almaniya, İsveç və İtaliyada da hiss ediblər.

Hücumun arxasında kim durur?

Bəzi ekspertlərə əsasən Microsoft sistemində boşluqları hədəfləyən virusu NSA müəyyənləşdirib və ona EternalBlue adı verilib.

The Shadow Brokers adı ilə tanınan hakerlər qrupu bu proqramı ələ keçirərək onlayn hərracda satmağa cəhd edib.

Daha sonra parolu açıqlanan proqrama sərbəst giriş verilib.

Hakerlər bildirir ki, proqramın parolunu ABŞ prezidenti Donald Trump-a qarşı etiraz əlaməti olaraq çap ediblər.

Bu barədə daha geniş