Eurovision 2017-ni Portuqaliyanı təmsil edən Salvador Sobral qazanıb

Salvador Fotonun müəllifi Reuters
Image caption Ciddi ürək xəstəliyi olan Salvador Sobral ifacıların ilk məşq həftəsində iştirak edə bilməyib.

Portuqaliya ilk dəfə olaraq Eurovision Mahnı Müsabiqəsində qələbə qazanıb.

Şənbə günü Ukraynanın paytaxtı Kiyevdə keçirilən müsabiqədə Portuqaliya təmsilçisi 27 yaşlı Salvador Sobral bacısının yazdığı Amar Pelos Dois (Bizim ikimiz üçün) mahnısı ilə qalib gəlib.

Mükafatı qəbul edərkən, o, deyib: "Biz tezbazar musiqi dünyasında yaşayırıq. Bu musiqinin qələbisidir...musiqi fişəng deyil, musiqi hissdir."

Azərbaycanı təmsil edən DiHaj (əsl adı Diana Hacıyeva) Skeletons mahnısı ilə 120 xal toplayaraq gecəni 14-cü yerdə bitirib.

Dihaj, Bakıdan elektron musiqi kollektivi adlı qrupu olan Diana Hacıyeva Azərbaycanı Eurovision-da təmsil edən onuncu ifaçıdır.

Fotonun müəllifi SERGEI SUPINSKY/ Getty
Image caption Azərbaycanı təmsil edən Dihaj 120 xalla 14-cü yeri tutub.

Ciddi ürək xəstəliyi olan Salvador Sobral ifaçıların ilk məşq həftəsində iştirak edə bilməyib.

Qələbədən sonra, o, mahnısını bacısı ilə bir daha ifa edib.

Onun mahnısı həm hakimlərdən, həm də izləyicilərdən ən çox xal toplayan mahnı olub.

Gecəni 758 xalla bitirərək Salvador Sobral müsabiqəni böyük fərqlə qazanıb.

İkinci yerdə gələn Bolqarıstan 615 xal toplayıb.

Ermənistan isə 79 xalla 18-ci yeri tutub.

Əlaqəli mövzular

Bu barədə daha geniş