Picasso-nun Oturan qadın əsəri 45 milyon dollara satılıb

Oturan qadın Fotonun müəllifi AFP
Image caption Picasso sevgilisi Dora Maar-ı bənövşəyi şlyapada təsvir edib.

Pablo Picasso-nun ən məşhur portretlərindən biri New York-da keçirilən hərracda 45 milyon dollara satılıb.

Göy donlu oturan qadın (Femme Assise, Robe Bleu) əsərində rəssamın çox saylı sevgililərdən biri - Dora Maar təsvir olunub.

İkinci dünya müharibəsi vaxtı nasistlər bu şəkli müsadirə etmişdilər.

Lakin onun Parisdən Moraviyaya göndərilməsi Fransa müqavimət hərəkatı döyüşçülərinin müdaxiləsinə görə baş tutmadı.

2015-ci ildə Picasso-nun Əlcəzair qadınları (Women of Algiers) Christie's-də 179 mln dollara satılaraq hərracdan satılmış ən bahalı təsviri incəsənət əsəri oldu.

ABŞ kolleksioneri tərəfindən alınmış Oturan qadın 6 il əvvəl 26 milyon dollara satılıb.

Dora Maar və Picasso 9 il ərzində sevgili olublar.

Rəssam öz əsərini 1939-cü ildə yaradıb. O vaxt Picasso 58, Dora Maar isə 31 yaşında olub.

Şəkil rəssamın ortayaşlarında yaratdığı ən möhtəşəm əsərlərindəndir.

Onun yaradılmasına - bir çox hallarda olduğu kimi - seksual cəzb və məhəbbət hissi ilhamlandırıb, BBC incəsənət müxbiri Vincent Dowd bildirir.

Əlaqəli mövzular

Bu barədə daha geniş