Suriya ordusu İraq sərhədində "Britaniya və ABŞ qüvvələrinə doğru yaxınlaşır"

Suriya ordusu Fotonun müəllifi Getty Images

Suriya ordusu, özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın son həftələrdə geri çəkildiyi Badia bölgəsində irəliləyib.

Badia bölgəsi Suriyanın İraq və İordaniya ilə sərhədində yerləşir.

Həmin ərazidə, bildirildiyinə görə, Britaniya və ABŞ xüsusi qüvvələri İD-ə qarşı döyüşən silahlı müxalifətin dəstələrinə təlimlər keçməkdədir.

Telegraph qəzetinin məlumatına görə, Suriya hökümət qoşunlarını ABŞ və Britaniya qüvvələrinin yerləşdiyi ərazidən 24 kilometrlik məsafə ayırır.

Reuters agentliyinin bildirdiyinə görə, əməliyyatda Suriya əsgərlərinə şiə silahlıları dəstək verir.

Azad Suriya Ordusunun bəzi komandirləri Reuters-ə bildiriblər ki, son zamanlarda İD-in İraq və İordaniya sərhədindən geri çəkilməsindən sonra Suriya ordusu həmin əraziyə doğru irəliləyir.

Silahlı müxalifət nümayəndələrinin dediyinə görə, hökümət qoşunlarının Badia istiqamətində irəliləyişi ərazinin Azad Suriya Ordusunun nəzarətinə keçməsinin qarşısını almaq üçün həyata keçirilir.

Müxalifət mənbələrinin bildirdiyinə əsasən, Suriya hökümət ordusunun məqsədi Badia bölgəsində İraq tərəfindəki şiə silahlı qrupları ilə bir araya gəlməkdir.

Reuters, sərhədin İraq tərəfində də bəzi şiə silahlı dəstələrin Suriya sərhədinə doğru irəliləməyə başladığını bildirib.

Bu barədə daha geniş