Çeçenistanın geylərə qarşı soyqırım törətdiyi iddia edilir

An activist displays a rainbow flag in front of the Chancellery in Berlin during a demonstration calling on the Russian president to put an end to the persecution of gay men in Chechnya (30 April 2017) Fotonun müəllifi AFP
Image caption Novaya Qazeta-da qeylərin təqibi barədə yazılmış məqalədən sonra Avropada Çeçenistandakı geylərin vəziyyəti barədə böyük narahatlıq yaranıb

Fransanın üç gey hüquqları təşkilatı Beynəlxalq Cinayət Məhkəməsinə rəsmi müraciətlə Çeçenistanı geylərə qarşı soyqırım törətməkdə günahlandırıblar.

Onlar respublikada geylərə qarşı yeni "təqib dalğasının" arxasında Çeçenistanın prezidenti Ramzan Kadırovun və digər rəsmilərin durduğunu iddia edirlər.

Müraciətdə təşkilatlar bir yeniyetmə oğlanın 9-cu mərtəbədən yerə atıldığını qeyd edirlər.

Çeçenistan rəsmiləri respublikada gey insanların olmadığını israr edirlər.

Bu ayın əvvəli prezident Vladimir Putin Çeçenistanda geylərə qarşı təqib iddialarının araşdırılması üçün dəstəyini verib.

Lakin fransız təşkilatlar Rusiyanin daxili araşdırmasının kifayət olmadığını deyirlər.

Təşkilatlar prezident Kadırovu geyləri məhv etmək üçün işgəncə düşərgələri yaratmaqda təqsirləndirirlər.

Çeçenistan rəsmiləri polis təzyiqinə məruz qaldığı iddia edilən şəxslərdən rəsmi şikayət almadıqlarını bildirirlər.

Bu barədə daha geniş