Erdoğan: Türkiyə ABŞ-ın kürdlərlə ittifaqını heç vaxt tanımayacaq

Türkiyə prezidenti Recep Tayyip Erdoğan və ABŞ prezidenti Donald Trump Fotonun müəllifi EPA
Image caption Kürd məsələsi ABŞ və Türkiyənin anlaşmadığı məsələlərdəndir

Türkiyə prezidenti Recep Tayyip Erdoğan ABŞ prezidenti Donald Trump ilə danışıqlardan sonra bildirib ki, o, ABŞ-ın kürdlərlə ittifaqını heç vaxt tanımayacaq.

Yaxın Şərqdə "terrorçu təşkilatlara yer yoxdur" deyən cənab Erdoğan, ABŞ-ın bir həftə öncə silahlandırmağa başladığı kürdlər haqqında danışıb.

Bu cür fikir ayrılıqlarına baxmayaraq, Erdoğan və Тrump ikitərəfli münasibətlərin inkişafı haqqında müsbət rəy verib və onları möhkəmləndirməyə söz veriblər.

Mayın 9-da Тrump Suriyada kürd qruplaşmalarını silahla təmin etməyə icazə verib. Bu qrup "Suriya Demokratik Qüvvələri" alyansının sıralarında özünü "İslam dövləti" adlandıran qruplaşmanın yaraqlılarına qarşı vuruşurlar.

Mayın 16-da Erdoğan bəyan edib ki, kürdlərlə ittifaq tamamilə qəbuledilməzdir.

Türkiyə Suriya kürdlərini ABŞ, Britaniya və daha bir neçə Avropa ölkələrində "terrorçu təşkilat" hesab edildiyi üçün qadağan olunmuş Kürd Fəhlə Partiyasının (PKK) bir hissəsi hesab edir.

Fotonun müəllifi AFP
Image caption Amerika kürdlərin İD-ə qarşı vuruşması ümidilə onlara yardım edir

ABŞ hesab edir ki, Suriya kürdləri PKK-nın bir hissəsi deyil.

Pentaqondan bir mənbə BBC-ə deyib ki, Amerika kürdləri döyüş sursatları, atıcı silahlar, pulemyotlar və tikinti texnikası ilə təchiz etməkdə davam edəcək.

Amerika hakimiyyəti kürdləri, onların iki il yarımdır İD işğalı altında olan Rəqqa şəhərinin azad edilməsinə köməklərinə ümid edərək silahla təchiz edir.

Ağ Ev bəyan edib ki, ABŞ hökuməti regionun təhlükəsizliyi ilə bağlı Türkiyənin narahatlığını yaxşı başa düşür.

Amerika prezidentinin aparatından bildiriblər ki, ABŞ əlavə təhlükənin qarşısını almaq və NATO üzərindən müttəfiqlərini müdafiə etmək əzmindədir.

Bu barədə daha geniş