Brilliant sırğalar rekord qiymətə - 57 milyon dollara satılıb

бриллиантовые серьги Fotonun müəllifi Sotheby's
Image caption Sırğalar "Appollo və Artemis" adını alıb.

İsveçrənin "Sothebys" hərracında hər biri 16 karat olan brilliant sırğa rekord qiymətə - 57.4 milyon dollara satılıb.

Lakin buna baxmayaraq sırğaların ilkin dəyərləndirmədən aşağı qiymətə satıldığı bildirlir. Sırğaların 70 milyon dollara satılacağı gözlənilirdi.

Heç bir qüsuru olmayan hər iki daş Cənubi Afrika Respublikasındakı mədəndən hasil edilib.

Sırğaları alan şəxs adının açıqlanmasını istəməyib.

Sırğalar "Appollo və Artemis" adını alıb.

Onlar rəngi istisna olmaqla tamamilə eynidilər "Artemis" briliantı çəhrayı, "Apollo" isə mavi rəngdədir.

Buna görə briliantların qiyməti də fərqlənir.

"Artemis" daşı 15.5 milyon dollara, "Apollo" isə 42,5 milyon dollara satılıb.

Qiymətlərdəki fərq mavi brilliantın çəhrayı ilə müqayisədə nadir rast gəlinən brilliant olmasıyla izah olunub.

Əlaqəli mövzular

Bu barədə daha geniş