Trump: Rusiya araşdırması ölkəmizə “zərər yetirir”

Robert Mueller Fotonun müəllifi Reuters
Image caption Robert Mueller 2001-2013-cü illərdə FTB direktoru olub

Prezident Donald Trump, Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı təhqiqatın rəhbəri vəzifəsinə keçmiş FTB direktorunun xüsusi prokuror təyin edilməsini şərh edib.

"Baş verənlər ölkəmizə dəhşətli zərər yetirir", - Donald Trump deyib.

Prezident seçkilərinə müdaxiləsi iddiaları ilə bağlı istintaq Federal Təhqiqatlar Bürosunun sabiq direktoru Robert Mueller-ə tapşırılıb.

ABŞ Prezidenti Donald Trump bunu tənqid edib: "Bu, Amerika tarixində ən böyük əcinnə ovudur", o cümə axşamı günü tvitləyib.

Bundan bir gün öncə isə o bildirmişdi ki, məsələnin tezliklə sonlanmasını səbirsizliklə gözləyir.

Ədliyyə nazirinin yardımçısı Rod Rosenstein istintaqın kənardan birinə tapşırılmasının "dövlətinin xeyrinə" olduğunu deyib.

Prezident Donald Trump FTB-nin direktoru James Comey-ni vəzifəsindən çıxardıqdan sonra müstəqil bir prokurorun təyin olunması istiqamətində çağırışlar artmışdı.

Təyinat qərarı həm Respublikaçı, həm də Demokrat siyasətçilər tərəfindən müsbət qarşılanıb.

FTB istintaqı Trump-ın kampaniya dəstəyilə Rusiya arasında mümkün əlaqələrin araşdırılmasını ehtiva edir.

Fotonun müəllifi Reuters
Image caption James Comey və Donald Trump

Yeni bir mərhələyə

BBC-nin Washington-dakı müxbiri Antoni Zurcher deyir ki, "Rusiya məsələsi indi yeni və daha ciddi bir mərhələyə girir".

Zurcher, Mueller-in Vaşinqtonda yaxşı bir etibarı olduğunu vurğulayıb.

BBC müxbiri deyir ki, Mueller texniki olaraq Ədliyyə Nazirliyinə tabe olacaq və Trump-a da məlumat verəcək, amma onun varlığının Trump tərəfindən həzm edilməsi çətin məsələdir.

Çünki müstəqil prokurorlar tez-tez gözlənilməz nəticələr ortaya qoyur.

Bu barədə daha geniş