Yaponiya imperatorunun nəvəsi ərə getmək üçün şahzadəlikdən imtina edir

Prenses Mako Fotonun müəllifi Reuters

Yaponiya imperatoru Akihito-nun 25 yaşlı nəvəsi Mako məktəb yoldaşıyla evlənmək üçün şahzadəlik titulundan imtina edir.

Şahzadə Mako-nun 5 il əvvəl tanış olduğu, bir hüquq firmasında işləyən Kei Komuro ilə yaxın günlərdə nişanlanacağı və gələn il evlənəcəyi bildirilir.

Yaponiyada əsilzadələrlə evlənməyən şahzadələr titullarını itirirlər.

Bir muzeydə işləyən şahzadə, qanunların sadəcə kişilərə taxta keçməsinə icazə verdiyinə görə, taxta keçə bilməyəcəkdi.

Mako-nun 25 yaşındakı Komuro ilə beş il əvvəl tanış olduğu deyilir.

Fotonun müəllifi AFP
Image caption Şahzadə Mako atası şahzadə Fumihito ilə

İmperator Akihito-nun taxtı tərk etməsi üçün qanun hazırlanır

Bugün Yaponiya Nazirlər Kabinetinin 83 yaşlı imperatorun taxtı tərk etməsinə icazə verən qanun layihəsini təsdiqləyəcəyi gözlənilir.

Yaşlandığı üçün vəzifəsini yetərincə icra edə bilməyəcəyindən narahat olduğunu söyləyən Akihito taxtı tərk edərsə son 200 ildə taxt-tacdan imtina edən ilk imperator olacaq.

Yeni qanunda qadınların da taxta keçməsinə icazə verilməsi və şahzadələrin evləndikdən sonra titullarını qoruyub saxlaması kimi mübahisəli məsələlər yer almayıb. Mühafizəkarlar qadınların taxta keçməsinə qarşıdırlar.

1989-cu ildə taxta keçən Akihito-dan sonra onun yerinə 57 yaşlı vəliəhdi şahzadə Naruhito-nun keçəcəyi gözlənilir.

İmperator Akihito-nun 51 yaşlı oğlu şahzadə Akishino ilə 10 yaşlı nəvəsi Hishaito və 81 yaşlı qardaşı Hitachi da taxt-tacın varisləri arasındadır.

Əlaqəli mövzular