Çin qırıcıları ABŞ hərbi təyyarəsinin “yolunu kəsdi”

Su-30 savaş jeti Fotonun müəllifi AFP
Image caption Su-30 qırıcı təyyarəsi

Çinə məxsus iki qırıcı təyyarə Şərqi Çin dənizindəki beynəlxalq hava məkanında radiasiya axtarışı üçün nəzərdə tutulmuş bir ABŞ təyyarəsinin "yolunu kəsib". ABŞ qırıcıların "peşəkar davranmayaraq" təyyarənin yolunu kəsdiyini deyib.

Hadisə baş verən zaman ABŞ təyyarəsi radiasiya axtarışı keçirdiyi deyilir.

Təyyarə daha əvvəl Şimali Koreyanın mümkün nüvə silahı sınaqlarının sübutunu axtarmaq üçün də istifadə olunmuşdu.

ABŞ Hərbi Qüvvələrinin sözcüsü Lori Hodge hadisəylə bağlı Çinin diplomatik və hərbi qurumları üzərindən danışıqlar aparıldığını bildirib.

Hodge hadisə zamanı, WC-135 təyyarəsinin beynəlxalq hüquq normalarına uyğun bir şəkildə müntəzəm vəzifəsini icra etdiyini söyləyib.

Fotonun müəllifi Getty Images

Baş verənləri "peşəkarlıqdan uzaq" adlandıran Hodge bunun səbəbini çinli pilotun manevrləri ilə iki təyyarənin sürətli və yaxın olmasıyla izah edib.

Fevral ayında ABŞ-ın USS Carl Vinson aviagəmisi Cənubi Çin dənizində "müntəzəm axtarışlara" başlamışdı.

Çin gəminin burada mövqe tutmasına qarşı çıxmışdı.

Əlaqəli mövzular

Bu barədə daha geniş