Danimarkalı model geyim ölçüsü ilə bağlı təzyiqlərdən şikayət edib

Ульрике Хойер Fotonun müəllifi Getty Images
Image caption Ulrikke Hoyerin ölçüsü təqribən 32-34 dür.

20 yaşlı danimarkalı model Ulrikke Hoyer Louis Vuitton modalar evinin moda nümayişindən "həddən artıq dolu" olduğu üçün kənarlaşdırıldığını bəyan edib.

Bununla yanaşı modelin geyim ölçüsü təqribən 32-34 dür.

Ulrikke nümayiş üçün model seçimi edən menecerlərdən şikayət edib.

Onun sözlərinə görə menecerlər kastinqə qədər ona yeməkdən imtina etməyi və yalnız su icməyi tapşırıblar. Lakin iş kastinqdə iştiraka qədər gedib çıxmayıb. Danimarkalı model kastinqə sadəcə buraxılmayılb.

Öz İnstagram hesabında Ulrikke Hoyer bildirib ki, ona "şişmiş qarın" və "şişmiş üz"ü olduğunu deyərək ac qalmağı tövsiyə ediblər.

"Mən 20 yaşımda olduğuma sevinirəm. Mənim 15 yaşım yoxdur ki, bütün bunlar mənim üçün yeni olsun və özümə inamım olmasın. Mən özümə inanıram ", - deyə model yazıb.

Modelin iştirak edə bilmədiyi moda nümayişi mayın 14-də Yaponiyanın Kioto şəhərində keçirilib.

BBC modelin açıqlamaları barədə Louis Vuitton moda evinə sorğu göndərsə də, hələ ki cavab almayıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş