İsveç prokurorluğu Julian Assange-ın işi üzrə istintaqı dayandırıb

Julian Assange Fotonun müəllifi AFP
Image caption Julian Assange barədə Britaniyanın çıxardığı həbs orderi hələ də qüvvədə qalır.

İsveç prokurorluğu Wikileaks saytının banisinə qarşı zorlama ittihamı ilə bağlı iş üzrə istintaqı dayandırıb.

Julian Assange ittihamları siyasi motivli adlandırıb.

"Prokuror Marianne Ny zorlamada ittiham olunan Julian Assange-ın işilə bağlı ibtidai istintaqın dayandırılması barədə qərar qəbul edib", - rəsmi açıqlamada deyilir.

Marianne Ny deyib ki, əgər cənab Assange 2020-ci ilin avqust ayınadək İsveçə gələrsə ona qarşı cinayəti işi yenidən açıla bilər.

Wikileaks saytının banisi 2012-ci ildə İsveç prokurorluğunun sorğusu əsasında Britaniyada həbs olunub.

Fotonun müəllifi Reuters
Image caption Marianne Ny deyib ki, əgər cənab Assange-ın 2020-ci ilin avqust ayınadək İsveçə gələrsə ona qarşı cinayəti işi yenidən açıla bilər.

Bundan sonra zaminə çıxan Julian Assange Ekvador səfirliyində sığınacaq tapıb.

Onun barəsində Britaniyanın çıxardığı həbs orderi hələ də qüvvədə qalır.

Əlaqəli mövzular

Bu barədə daha geniş