Əfqanıstan: işgəncə iddiaları fonunda vitse-prezident Dostum Türkiyəyə yollanır

General Əbdül Rəşid Dostum. Kabul: Mart 2014-cü il. Fotonun müəllifi SHAH MARAI/AFP/Getty Images
Image caption General Əbdül Rəşid Dostum ittihamları rədd edir

Əfqanıstanın vitse-prezidenti Əbdül Rəşid Dostum siyasi rəqibinin oğurlanıb zorlanmasına əmr verdiyi barədə iddialar fonunda ölkəni tərk edib.

Rəsmilər general Dostumun cümə günü axşam çağlarında Türkiyəyə yollandığını təsdiqləyiblər.

Əbdül Rəşid Dostuma qarşı ittiham irəli sürülməyib. Lakin iddialar araşdırılmaqdadır.

General tibbi müayinəyə yollanıb və bu yaxınlarda qayıtmalıdır, vites-prezidentin sözçüsü bildirib.

"General Dostum ölkəni heç vaxt tərk etmir və çətin anlarda xalqının yanında qalır".

General Dostum sabiq səhra komandiridir. O, həmçinin Əfqanıstanın təlatümlü siyasi mühitində onilliklər ərzində fəaliyyət göstərmiş liderdir.

General vətəndaş müharibəsi illərində ən dəhşətli amansızlıqlar törətməkdə ittiham olunur.

2014-cü ildə Əbdül Rəşid Dostum milli həmrəylik hökumətinin üzvü olub.

Generala qarşı iddialar onun sabiq müttəfiqi Əhməd Eşçinin dediklərinə əsaslanır.

Fotonun müəllifi Reuters
Image caption Əhməd Eşçi yetirilmiş xəsarətləri göstərir.

Cauzcan əyalətinin sabiq qubernatoru 2016-ci ilin noyabr ayında general Dostumun iqamətgahında döyüldüyünü və zorlandığını bildirir.

O, vitse-prezident və daha 10 şəxs tərəfindən təcavüzə məruz qaldığını iddia edir.

Sabiq səhra komandiri ittihamları rədd edib. O, Əhməd Eşçinin ölkənin kəşfiyyat xidməti tərəfindən saxlandığını vurğulayır.

Əfqanıstanın qərbli partnyorları hadisənin çevik araşdırılmasına çağırıblar.

Lakin indiyədək hakimiyyət nümayəndələri vitse-prezidenti sorğu-suala cəlb edə bilməyiblər.

Vaxtın uzadılması Dostumun Türkiyəyə getməyə məcbur edilə biləcəyi barədə şaiyələrə zəmin yaradıb.

2008-ci ildə siyasi rəqibinin oğurlanıb zorlanması barədə bənzər iddialar ardınca Türkiyəyə yollanan general Dostum bir qədər keçmiş ölkəyə qayıtdı.

Əlaqəli mövzular

Bu barədə daha geniş