Trump İsrailə səfəri zamanı İranın nüvə təhlükəsi barədə danışıb

President Donald Trump (2nd L) and First Lady Melania Trump (3rd L) walk with Israeli Prime Minister Benjamin Netanyahu (2nd R), his wife Sara (R) and David Friedman (Center back), the new United States ambassador to Israel, upon their arrival at Ben Gurion International Airport in Lod near Tel Aviv, Israel May 22, 2017 Fotonun müəllifi Reuters
Image caption Prezident Trump və onun yoldaşı Melania-nın İsrailə səfərinin tarixi bir an olacağı düşünülür

ABŞ prezidenti Donald Trump İsrailə səfərini başlayarkən İrana nüvə silahə əldə etdiyi halda yaranacaq təhlükə barədə xəbərdarlıq edib.

"İrana heç vaxt nüvə silahına sahib olmağa imkan verilməməlidir", cənab Trump Yerusəlimdə İsrail prezidenti Reuven Rivlin-lə birgə çıxışı zamanı jurnalistlərə deyib.

Cənab Trump ABŞ-ın regionda əsas müttəfiqlərindən biri olan Səudiyyə Ərəbistanda keçirilən zirvə görüşündə bir çox İslam ölkələrinin liderləri ilə çıxış etdikdən sonra İsrailə təyyarə ilə uçub.

Prezident Trump iki günlük səfəri zamanı İsrail və Fələstin liderlərilə danışıqlar keçirmək niyyətindədir.

O, İsrail və Fələstin arasında potensial sülh müqaviləsini "ən əhəmiyyətli müqavilə" adlandırıb, lakin bu razılığın nə formada olacağını dəqiqləşdirməyib.

Cənab Trump razılığın iki tərəf arasında keçirilən danışıqlar nəticəsində əmələ gəlməsinə üstünlük verdiyini deyib.


Trump İran barədə başqa nə deyib?

Prezident Trump İsrail Prezidenti Reuben Rivlin-in rəsmi iqamətgahında danışarkən bildirib ki, İran "terrorçuların və silahlı qruplaşmaların ölümcül maliyyələşdirilməsinə, təlimlərinə və silahlandırmalarına son qoymalıdır".

Tehran isə nüvə silahlarına sahib olmaq istmədiyini israr edir. Lakin İsrail və ABŞ İranın nüvə silahlarına dair təkziblərinə inanmır.

İranla bağlı qorxu və inamsızlıq İsraildə geniş yayılıb.


Fotonun müəllifi SAUDI PRESS AGENCY HANDOUT
Image caption Cənab Trump və onun həyat yoldaşı Melania-nı kral Salman bin Əbdüləziz salamlayıb

Trump-ın Səudiyyə Ərəbistanı nitqi

Bazar günü Səudiyyə Ərəbistanın paytaxtı Riyadda verdiyi çıxışında prezident Trump ərəb və müsəlman liderlərə islamçı döyüşçü qruplaşmalara qarşı mübarizə aparmağa və "onları bu dünyadan rədd etməyə" çağırıb.

Nitqində o, müttəfiqləri İsrail və Səudiyyə Ərəbistanın rəqibi İranı onilliklər boyu regionda "təriqətçiliyin alovlarını və terroru" alovlandırmaqda təqsirləndirib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zarif Twitter-də verdiyi reaksiyada ABŞ-ı, Səudiyyə Ərəbistanla bağladığı milyardlarla dollar dəyərində silah satışı müqaviləsilə müttəfiqindən pul sağdığını iddia edib.

Cənab Trump nitqində İsrail və Fələstin arasında sülhə hələ də inamı olduğunu təkrarlayıb.

Bu tədbirdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib, prezidentin saytı yazıb.

Şənbə günü ABŞ Səudiyyə Ərəbistanı ilə 350 milyard dollarlıq ticarət sazişi imzalayıb.

Bura ABŞ tarixində ən uzun hərbi əməkdaşlıq da aiddir.

Dövlət Katibi Rex Tillerson vaxtilə bu saziş barədə bildirib ki, o, Səudiyyə Ərəbistanının regional rəqibi olan İranın "düşmən" təsirinin qarşısının alınması məqsədi daşıyır.


ABŞ prezidentinin İsraili sələfi Barack Obama-dan daha çox dəstəklədiyi düşünülür.

O, İsrailin qalmaqallı məskunlaşma siyasətinə daha yumşaq münasibət nümayiş etdirib.

Yəhudi məskənləri 1967-ci ildə Qərb Sahili və Şərqi Yerusəlimin (Qüdsün) İsrail tərəfindən işğalından sonra salınmağa başlayıb. Hazırda 140-dan çox yaşayış məntəqəsində təxminən 600 min israilli yaşayır.

Beynəlxalq qanunlara görə bu yaşayış məntəqələri qanunsuzdur, lakin İsrail bu fikirlə razı deyil.

İsrail bütün Yerusəlimi öz paytaxtı sayır. Fələstin isə şəhərin qərbini öz paytaxtı sayır.

Beynəlxalq cəmiyyət İsrailin Yerusəlim üzrə suverenliyi tanımır və ölkələr hələ də səfirliklərini Təl Əviv şəhərində yerləşdirirlər.


Ən əhəmiyyətli müqavilə - BBC-nin Orta Şərq müxbiri Jeremy Bowen, Yerusəlim

Prezident Trump razılıq əldə etməyə gəldikdə özünü dünyanın ən qabiliyyətli insanı sayır və fələsintilərlə israillilər arasında yüz ildən artıq davam edən münaqişəni həll etmək dünyanın ən mühüm razılığı ola bilər.

ABŞ prezident seçkiləri kampaniyası ərəfəsində cənab Trump-ın bəyan etdiyi mövqelər demək olar ki, Binyamin Netanyahunun sağçı İsrail hökumətinin mövqeləri ilə üst-üstə düşürdü.

O, həm işğal olunmuş torpaqlarda yəhudi məskənlərinin genişlənməsini dəstəkləyib və Fələstinin azadlıq arzularına sərt mövqe nümayiş edib.

Lakin prezident olduqdan sonra cənab Trump bu məsələyə daha incəliklə yanaşıb. Bu isə İsrailin sağçı siyasi qüvvələri arasında Donald Trump-ın İsraildən güzəştlər tələb edəcəyi barədə spekulyasiyalara səbəb olub.

20 ildən artıq nəticəsiz sülh danışıqları İsrail və Fələstin arasında bir razılığın əldə ediməsinin nə dərəcədə çətin olduğunu göstərir.

Donald Trump İsraildə nə deyirsə desin və nə edirsə etsin, hər iki tərəfdə insanların əksəriyyəti danışıqlarda irəliləyişə böyük inam bəsləmir.


Cənab Trump-ın İsrailə səfərindən əvvəl ABŞ rəsmiləri və İsrail arasında mübahisəli hadisələr baş verib.

İsrailin baş naziri Binyamin Netanyahu ABŞ dövlət katibi Rex Tillerson-un ABŞ səfirliyinin Yerusəlimə köçürülməsinin sülh prosesinə ziyan vuracağı iddiasını rədd edib.

ABŞ səfirliyi nümayəndələrindən biri isə Yerusəlimin ən müqəddəs yəhudi yerlərindən biri olan Qərb Divarının "sizin [İsrailin] ərazinizdə yox, Qərb Sahilinin bir hissəsi" olduğu deməsi İsrailin qəzəbinə səbəb olub.

Ağ Ev daha sonra bu mövqeyin ABŞ-ın rəsmi mövqeyini əks etdirməyini bəyan edib.

Cənab Trump-ın qeyri-rəsmi şəkildə qədim Şərqi Yerusəlim şəhərində yerləşən Qərb Divarına ziyarət etməsi gözlənilir. O, bu addımı atan ilk vəzifəli ABŞ prezidenti olacaq.

Onun həmçinin yaxınlıqda yerləşən və xristianların inamına əsasən müqəddəs İsanın basdırıldığı və bir daha dirildiyi türbənin üzərində tikilən Müqəddəs Məzar Kilsəsinə də ziyarət etməsi gözlənilir.

Bu barədə daha geniş