Türkiyə: Erdoğan yenidən AKP sədridir

Erdoğan Fotonun müəllifi AFP

Türkiyədə prezident Recep Tayyip Erdoğan, 3 ildən sonra AKP-nin 3-cü fövqəladə qurultayında yenidən bu partiyanın sədri seçilib.

O bunun üçün qurultayda olan 1470 nümayəndədən 1414-nün səsini toplayıb.

Prezident Erdoğan bazar günü qurultayın keçirildiyi zalın qarşısında toplaşanlara bildirib:

"Hüquqi bir ayrılığımız var idi, amma bu gün yenə sizlərləyəm."

16 Apreldə keçirilən referendumda 51.4 faiz ilə qəbul edilən konstitusiya dəyişikliyi nəticəsində "Prezident seçilən şəxsin partiyası ilə əlaqəsi kəsilməlidir" müddəası konstitusiyadan çıxarılıb.

Mayın 2-də o yeniden AKP üzvlüyünə qəbul edilib.

Fotonun müəllifi Reuters

2019-cu ildə keçiriləcək ümumi və prezident seçkilərini xatırladaraq prezident Erdoğan onu da bildirib ki, "çox çalışaraq, üzərimizdəki şaiyələrin cavabını sandıqda verərək məhv edəcəyik".

Fotonun müəllifi EPA

Sərt təhlükəsizlik tədbirləri altında Türkiyə və AKP bayraqları tutan zaldakı kütlənin tez-tez "Recep Tayyip Erdoğan" dediyi eşidilir, BBC Türkcə yazır.

Bundan təqribən 3 il əvvəl 27 Avqust 2014-cü ildə yenə bu zalda sizlərə "Hər son yeni bir başlanğıcdır" deyərək, halallaşaraq ayrılmışdıq. Bu yalnız hüquqi bir ayrılıq idi. Ürəklərimiz heç bir zaman ayrı düşmədi. Sevincimizi də, kədərimizi də həmişə tək ürək, tək bir qəlb kimi yaşamışıq. Elə indi də tam 998 gün sonra yenə eyni salonda, "Bəli, harada qalmışdıq" - deyərək yenidən bir yerdəyik", - Erdoğan çıxışında bildirib.

Bu barədə daha geniş