Şimali Koreya yeni raket sınaqdan "keçirib"

North Korea test-fires a ballistic missile. Archive photo Fotonun müəllifi EPA

Şimali Koreya daha bir raket sınağı keçirib, Cənubi Koreya hərbçiləri bəyan edib.

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri İdarəsi bildirib ki, raket bazar günü yerli vaxtla günün ikinci yarısında atılıb.

Bu, Şimali Koreyanın özünün iddiasına görə böyük nüvə başlığı daşıya bilən yeni tipli raketi atmasından bir həftə sonra baş verir.

Ötən bazar ertəsi BMT Təhlükəsizlik Şurası Pxenyandan bir daha belə sınaq keçirməməyi tələb edib.

Yeni raket 500 km uçaraq Yapon dənizinə düşüb, Cənubi Koreyanın Yonhap xəbər agentliyi yazıb.

Yaponiyanın xəbər agentlikləri bildirib ki, raket, yəqin ki, Yapon sularına tərəf düşüb.

Yapon xəbər agentlikləri isə raketin Yaponiya sularından kənara düşdüyünü qeyd edib.

Əlaqəli mövzular