Suriya münaqişəsi: Qiyamçılar Homs şəhərini tərk ediblər

Участники вооруженных формирований оппозиции покидают Хомс Fotonun müəllifi Reuters
Image caption Qiyamçıların təxliyəsi ilə bağlı razılıq rus hərbçilərinin iştirakı ilə imzalanıb və həyata keçirilib.

Suriya hakimiyyəti, 2011-ci ilin yazında başlayan münaqişədən bu yana ilk dəfə, ölkənin mərkəzində yerləşən Homs vilayətinin tamamilə hökumət qüvvələrinin nəzarətinə keçdiyini bildirib.

Vilayətin qubernatoru Talyal Bərazi deyib ki, qiyamçıların təxliyəsi ilə bağlı rus hərbçilərinin iştirakı ilə imzalanan və həyata keçirilən razılığın icrasından sonra, şəhərdə nə bir silah, nə də döyüşçü qalıb.

Onlar şəhəri rahat şəkildə tərk ediblər.

Fotonun müəllifi Reuters
Image caption Qiyamçılar şəhərdən çıxdıqdan sonra, bəzi sakinlər küçələrə axışıblar.

Təxliyə edilən qiyamçılar və onların ailələrinin bir qismi müxalifət qüvvələrinin nəzarətində olan İdlib vilayətinə digər qismi isə Türkiyənin dəstəklədiyi qiyamçıların nəzarətində olan Cərablus şəhərinə yollanıblar.

Homsdakı qiyamçıların əsas hissəsi şəhərin bir neçə il mühasirədə saxladıqdan sonra, 2014-cü ildə tərk etmişdilər.

Bu barədə daha geniş