İndoneziya: "Gey seks şənliyində" 141 kişi polis tərəfindən saxlanılıb

Yogyakarta, Java adası - 23 fevral, 2016: Müsəlman qrupların nümayəndələri LGBT fəallarının aksiyasına qarşı yönəlmiş yürüşdə iştirak edirlər. Fotonun müəllifi AFP
Image caption İndoneziya qanunvericiliyinə əsasən, Açeh vilayəti istisna olmaqla, ölkənin qalan hissəsində homoseksuallıq qanunla yasaqlanmayıb.

Indoneziayada polis "gey seks şənliyi" adlandırılan tədbirdə iştirak etmiş 141 kişini həbs edib.

Gey tədbiri paytaxt Cakartadadakı saunada bazar günü təşkil edilmişdi.

Polisin bildirdiyinə görə, "şənlikdə" iştirak edənlər ödəniş haqqı kimi 185,000 rupi ($14) ödəyiblər.

İndoneziyada azsaylı LGBT icmasına qarşı münasibət getdikcə sərtləşməyə doğru dəyişir.

İndoneziya qanunvericiliyinə əsasən, Açeh vilayəti istisna olmaqla, ölkənin qalan hissəsində homoseksuallıq qanunla yasaqlanmayıb.

Lakin Cakarta polisinin sözçüsü Raden Argo Yuwono deyib ki, saxlanılanlardan bəzilərinə qarşı pornoqrafiya əleyhinə məcəllə əsasında ittihamlar irəli sürülə bilər.

"Hadisə yerində geylər striptiz göstərən və ya masturbasiya edən zaman tutulub", - polis nümayəndəsi BBC İndoneziya xidmətinə bildirib.

Fotonun müəllifi AFP
Image caption Surabaya şəhərində 14 nəfər, gey şənliyi təşkil etdiklərinə görə həbs edilib.

Ötən həftə, Açeh vilayətində iki kişi homoseksual cinsi əlaqəyə görə qamçılanmaya məhkum edilmişdilər.

Açeh vilayətində homoseksuallıq əleyhinə sərt qanunvericilik 2014-cü ildə qəbul olunub.

Bu ayın əvvəlində İndoneziya polisi Surabaya şəhərində 14 nəfəri, gey şənliyi təşkil etdiklərinə görə həbs edib.

Onlara qarşı pornoqrafiya əleyhinə qanunvericilik əsasında ittiham irəli sürülə bilər.

Bu barədə daha geniş