Ford yeni baş icraçı direktoru ilə gələcəyə hazırlaşır

Jim Hackett Fotonun müəllifi Ford
Image caption Jim Hackett Ford-un yeni baş icraçı direktorudur.

Ford avtomobil şirkəti baş icraçı direktoru Mark Fields-ı Jim Hackett-lə əvəzləyib. Mark Fields Ford-a 2014-cü ildə rəhbərlik etməyə başladığından şirkətin satışları zəifləyib, gəlirləri azalıb və səhmlərinin qiyməti 40 faiz enib.

Ford onu əvəzləyən 62 yaşlı Jim Hackett-i "dəyişdirici biznes lideri" adlandırıb.

Forda keçən il ofis mebeli şirkəti Steelcase-dən qoşulan cənab Hackett şirkətin avtonom sürücü bölümünə rəhbərlik edib.

Fordun İcraçı Sədri Bill Ford cənab Hackett-i "əsl uzaqgörən" və şirkətə rəhbərlik etmək üçün düz seçim olduğunu deyib.

O, diqqətini Fordun müasirləşməsinə və "şirkəti gələcəyin problemləri ilə üzləşməyə dəyişdirəməyə" yönəldəcək.

New York-da səhm bazarının açılışı öncəsi Ford səhmlərinin qiyməti 2 faiz artıb.

Keçən həftə şirkət Şimali Amerikada və Asiyanın Sakit Okean regionunda işçilərinin sayını könüllü şəkildə 10 faiz kəsəcəyini deyib.

2016-cı ilin sonunda Fordun dünyə üzrə 200 mindən çox işçisi var idi. Bu işçilərin 101 mini Şimali Amerikada 23 mini isə Asiyanın Sakit Okean regionunda yerləşir.

Bu ilin apreli, keçən ilin eyni dövrü ilə müqayisədə şirkətin satışları ABŞ-da 7 faiz, Avropada isə 11 faiz azalıb. Şirkət həmçinin təhlükəsizlik səbəbindən geri çağırılan avtomobillərlə bağlı xərclərdən ziyan alıb.


Fotonun müəllifi Getty Images
Image caption Mark Fields uzun illər Ford-da işləmişdi.

Russell Hotten - BBC-nin biznes müxbiri

Mark Fields təkcə Fordun ABŞ-da enən satışlarının qurbanı deyil. O, həmçinin şirkətin gələcəyə hazırlanmamasına görə cəzalandırılıb.

Dünyaya ilk kütləvi istehsal olunan avtomobili verən Ford daxili yanma mühərrikinin sonunu izləyir. Uzun məsafəli elektrik və avtonom nəqliyyat gələcəyin texnologiyasıdır və bu sahədə General Motors, Toyota və Volkswagen kimi şirkətlər hələ ki, Ford-un önündədir.

Keçən ay Ford-un səhmlərinin qiyməti hələ ki, gəlir əldə etməyə qadir olmayan elektrik avtomobil istehsalçısı Tesla-nın səhmlərindən geriyə düşdü. Bu isə Fordun problemlərinin nədən ibarət olduğunu vurğulayır.

Cənab Fields özünüidarə və səfər paylaşma eksperimentlərinə milyardlarda dollar yatırmamaqla təqsirləndirilmir, şirkətin səhmdarları sadəcə bu yatırımlardan çox az nəticə görüblər.

Son zamanlar gərgin icraçı direktorlar görüşləri və illik səhmdarlar iclası barədə xəbərlər Ford sədri Bill Ford-un niyə bu addımı indi attığını izah edir.

Cənab Fields-ı əvəz edən Jim Hackett Fordun avotonom avtomobillər sahəsinə girişini sürətləndirmək üçün təsis edilən bölməyə rəhbərlik edirdi. O, həmçinin xərclərin azaldılmasında bacarıqlı olması ilə tanınır.

Ford üçün bu iki xüsusiyyət gələcək illərdə lazım olacaq.


Fotonun müəllifi Getty Images

Yatırım

Keçən il Ford dünya üzrə 6,65 milyon avtomobil satıb. Bu dövrdə şirkətin rəqibi General Motors (GM) 9,97 milyon avtomobil satıb.

2017-ci ilin ilk rübündə GM gəlirlərinin 10,6 faiz artması ilə 41,2 milyard dollara çatması ilə rekord gəlirlər əldə etdiyini bəyan edib.

Bu dövrdə Fordun gəlirləri 4 faiz artaraq 39,1 milyard dollara çatıb.

Rəqəmlər açıqlananda cənab Fields bu rübü "Fordun gələcəyinə yatırım" adlandırmışdı.

Son illərdə Ford özünüidarə edən avtomobil texnologiyasına və səfər paylaşma xidmətlərinə böyük yatırımlar qoyub.

Əlaqəli mövzular

Bu barədə daha geniş