Hindistanlı qadın bir həftədən də az vaxta Everestə iki dəfə çıxıb

Anşu Camsenpa Fotonun müəllifi Dream Himalaya Adventures
Image caption Anşu Camsenpa 2011-ci ildə də Everestə 2 dəfə qalxmışdı

37 yaşlı Hindistan sakini Anşu Camsenpa (Anshu Jamsenpa) Everest zirvəsinə 4 günlük fasilə etməklə iki dəfə qalxıb - mayın 16-da və 21-də.

Anşu Camsenpa 2011-ci ildə də Everestə 2 dəfə qalxmışdı - o zaman Anşu bu nailiyyəti əldə etmək üçün 10 gün sərf etməli olmuşdu.

Anşunun əldə etdiyi nailiyyətin qadın alpinistlər üçün yeni dünya rekordu kimi qeyd olunacağı gözlənilir. Qadınlar arasında Everestə təkrar qalxma müddəti üzrə hazırkı Guinness rekordu 7 günə bərabərdir.

Fotonun müəllifi AFP
Image caption Ötən həftəsonu Everestə qalxmağa cəhd edən 3 nəfər həlak olub

Everest dünyanın ən yüksək zirvəsi sayılır.

Ötən həftəsonu Everestə qalxmağa cəhd edən 3 nəfər - ABŞ, Avstraliya və Slovakiya alpinistləri - həlak olublar.

Hindistandan olan dördüncü alpinist isə Everest zirvəsinə qalxdıqdan sonra yoxa çıxıb, xilasedicilər onun axtarışını davam etdirirlər.

Əlaqəli mövzular

Bu barədə daha geniş