Pentaqon: ABŞ qüvvələri Yəməndə 7 əl-Qaidə silahlısını öldürüb

ABŞ dronu Fotonun müəllifi AFP

ABŞ qüvvələri Yəməndə Əl-Qaidə qrupunun qərarlaşdığı əraziyə reyd keçirərək 7 silahlını öldürüb, ABŞ hərbiyyəsi bildirib.

Hadisə şərqi Sənada, Marib vilayətində çərşənbə axşamı günü səhər saatlarında baş verib.

Əməliyyat zamanı "dəqiq hava zərbələrindən və kiçikçaplı odlu silahlardan" istifadə olunub.

Əməliyyatın ilkin məqsədi kəşfiyyat informasiyası toplamaq olub.

Pentaqon ABŞ əsgərlərinin itki verib-vermədiyini açıqlamayıb.

ABŞ hərbiyyəsinin reydi Yəmən höküməti tərəfindən dəstəklənib.

ABŞ Mərkəzi Komandanlığının bəyanatında öldürülən silahlıların Ərəb Yarımadasındakı əl-Qaidənin üzvü olduqları qeyd olunub.

ABŞ Yəməndə əl-Qaidə bazalarına dronlardan istifadə edərək vaxtaşırı zərbələr endirir.

Yanvar ayında Yəmənin mərkəzində Əl-Qaidə bazasına reyd zamanı 14 silahlı öldürülmüşdü.

Əl-Qaidə Yəməndəki münaqişənin doğurduğu hərc-mərclikdən istifadə edərək cənub və cənub-şərqdə öz fəaliyyətini gücləndirib.

Ötən iki il ərzində ölkə, Səudiyyənin başçılıq etdiyi koalisiyanın dəstəklədiyi prezident ilə husi üsyançıları arasında münaqişə yerinə çevrilib.

Bu barədə daha geniş