Trump İsrail-Fələstin sülhü üçün "əlindən gələni edəcək"

Donald Trump and Mahmoud Abbas - 23 May Fotonun müəllifi AFP
Image caption Cənab Abbas prezident Trump-ın "nəcib və mümkün missiyasını" müsbət qarşıladığını və sülh uğrunda səylərdə onun həmkarı olmağa hazır olduğunu deyib.

ABŞ prezidenti Donald Trump İsrail və Fələstin arasında sülhün əldə edilməsi üçün "hər şey" edəcəyini bildirib.

Mahmud Abbasla görüşündə cənab Trump Fələstin liderinin terrorla mübarizə aparmağa hazır olmasından məmnun olduğunu deyib.

Artıq üç ildir ki, İsrail və Fələstin arasında birbaşa danışıqlar yoxdur və cənab Trump iki tərəf arasında potensial razılığın "ən çətin razılıqlardan biri" olduğunu etiraf edib.

Bu, ABŞ prezidentinin Orta Şərqə səfərinin sonuncu günüdür.

Lakin həm Qərb Sahilində, həm də Qəzzada fələstinlilər prezident Trump-ın səfərinə qarşı etiraz aksiyaları keçiriblər.

Bazar ertəsi günü cənab Trump ABŞ və İsrail əlaqələrinin əhəmiyyətini vurğulayıb.

Prezident Trump cənab Abbasla görüşdüyü Betləhəm şəhərinə "ümidlə" gəldiyini deyib.

"Mən israillilər və fələstinlilər arasında sülh müqaviləsinin əldə edilməsinə çalışacam" - o deyib - "Və mən onlara bu hədəfi əldə etməyə əlimdən gələni etmək niyyətindəyəm".

"Mən bu liderlərlə sülh uğrunda birgə işləməyə məmnunam", cənab Trump vurğulayıb.

Cənab Abbas prezident Trump-ın "nəcib və mümkün missiyasını" müsbət qarşıladığını və sülh uğrunda səylərdə onun həmkarı olmağa hazır olduğunu deyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş