Alimlər: hər gün yarım qədəh çaxır sinə xərçəngi riskini artırır

Бокал вина Fotonun müəllifi Getty Images
Image caption Spirtli içki xərçəngin inkişafına təsir edən amillərdən yalnız biridir.

Ümumdünya Xərçəng Araşdırma Fondu (WCRF) mütəxəssisləri tərəfindən hazırlanan hesabata əsasən gün ərzində yarım qədəh çaxır və ya bir qədəh pivə qadınlarda sinə xərçəngi təhlükəsini artırır.

Hesabata əsasən əgər qadın gün ərzində kiçik miqdarda belə çaxır (10 qram spirt) qəbul edərsə o zaman klimaks keçirən qadınlarda süd vəziləri xərçənginin inkişafı riski 9% artmış olur.

Alimlər həmçinin qeyd ediblər ki, mütəmadi fiziki məşğuliyyət xəstəliyin yaranması ehtimalını aşağı sala bilər.

Əgər qadın mütəmadi olaraq qaçışla və ya velosiped sürməklə məşğul olursa o zaman onda xərçəngin inkişafı passiv həyat keçirən qadınla müqayisədə 10% aşağı düşmüş olur.

Bununla yanaşı alimlər hormonlar və genetik fonların daxil olduğu müxtəlif amillərin də xərçəngin inkişafına təsir göstərdiyini qeyd ediblər.

WCRF mütəxəssisləri ümumilikdə 18 amilin az və ya çox dərəcədə sinə xərçənginə səbəb olduğunu və spirtli icki qəbulunun da bunlardan yalnız biri olduğu qənaətindədirlər.

2016-cı ildə Böyük Britaniyanın Baş Sanitar Müfəttişliyi qadınlara və kişilərə həftə ərzində 14 şərti vahiddən artıq olmayan spirtli içki (6 qədəh pivə və ya 7 qədəh çaxır) qəbul etməməyi, bəzi günlərdə isə tamamilə içkidən uzaq durmağı tövsiyyə etmişdi.

Böyük Britaniya alimləri həmçinin, spirtli içkinin xərçəngin 7 növünə - ağız, boğaz, qırtlaq, qara ciyər, bağırsaq və həzm sistemi, sinə xərçənginə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Bəzi mütəxəssislərin fikrincə, spirtli içkilərin hansı səviyyədə qəbulunun təhlükəsizlik təminatı yoxdur, hətta kiçik ölçülərdə belə spirtli içki ciddi xəstəliklərə gətirib çıxara bilər.

Əlaqəli mövzular

Bu barədə daha geniş