Avropada gənc qadınların istifadə olunduğu nəhəng banda aşkar edilib

Burglar picking lock (stock image) Fotonun müəllifi Getty Images
Image caption Polis banda üçün oğurluqların əksəriyyətini başqa əlacları olmayan qadınların həyata keçirdiyini deyir.

Münxen polisi Almaniyada oğurluqların 5-də 1-in arxasında olduğu ehtimal edilən bir bandanı aşkar etdiyini deyib.

Polis, qohumlardan ibartə olan bu cinayətkar dəstəni ayaqları fərqli Avropa ölkələrini əhatə edən osminoqa bənzədib.

Polis Münxendə bir mənzilə daxil olmaq istəyərkən üç qadının həbs edib.

Bundan sonra Almaniya, Xorvatiya və İspaniyada həbslər davam edib.

Polis rəsmisi bildirib ki, cinayətkar dəstənin Belçika, Fransa və İtaliya kimi ölkələrdə onlarla qolu ola bilər.

Münxünin Lehel rayonunda fəaliyyət görən və həbs edilən üç qadın xüsusi sürət və bacarıqla oğurluq etmələrilə polisin diqqətini cəlb ediblər.

Onlar yeniyetmə olduqlarını idda etsələr də, polis onların şəxsiyyət vəsiqələrinin qondarma olduğunu və onların Xorvatiyada yerləşən bir dəstə ilə əlaqələri olduğunu aşkar edib.

Bundan sonra polis Münxendə daha 20 qadını, qərbi Almaniyada 2 "idarəçini" və Xorvatiyada 2 "dəstə rəhbərini" həbs edib.

İspaniyada da həbslərin həyata keçirildiyi deyilir.

Polis rəsmisi deyib ki, banda qadınların daha az həbs təhlükəsi ilə üzləşdiyi üçün oğurluqda onlardan istifadə edirdi.

Bu barədə daha geniş