Uşaqlarımıza terrorizm haqqında necə danışaq?

Armed police officer at Westminster Fotonun müəllifi EPA

Terror hücumlarını anlamaq böyüklər üçün kifayət qədər çətindir. Bəs uşaqlarımıza bunu necə izah edək?

Keçən il Britaniyanın Uşaqlara qarşı Qəddarlığın Qarşısının Alınması üzrə Mili Cəmiyyəti müəyyən edib ki, uşaqlar dünyada baş verən hadisələrdən son dərəcə narahatdırlar.

Uşaq xəttinə zəng vuranların əksəriyyəti məsləhətçilərə Aİ referendumu, ABŞ prezident seçkiləri və Orta Şərqdəki problemlərdən narahat olduqlarını, deyiblər.

Bəs sarsıdıcı xəbərləri onların hisslərinə daha da pis təsir etmədən uşaqlarla necə bölüşmək olar?

Psixoloq Emma Kenny və First News adlı uşaq qəzetinin redaktoru Nicky Cox, BBC Radiosu Şotlandiyaya bu haqda danışıblar.


Fotonun müəllifi AFP

Efirdə xəbərlər gedərkən televizoru söndürməliyikmi?

Evdə xəbərlər gizlədilsə belə, uşaqlar onu ya dostları, ya da sosial mediadan öyrənəcəklər.

Nicky Cox-a görə, xəbərləri övladlarından gizlətməyə çalışan valideynlər onlara heç də yaxşılıq etmirlər.

Redaktor deyib: "Əgər xəbərləri övladlarınızdan gizlədərək onları qorumağa çalışsanız, onlara qarşı pislik etmiş olarsınız. Çünki, onlar məktəbə gedirlər və uşaqlar məktəbin oyun meydançasında və yeməkxanasında bu haqda söhbət edəcəklər və övladlarınız bunları ikinci, üçüncü və dördüncü şəxsdən öyrənəcəklər.

"Valideynlər, övladlarının informasiya əldə etməsinə mane olmamalıdırlar, bu, çox önəmlidir.

"Onlar, uşaqlarının mümkün qədər düzgün məlumat əldə etdiklərindən əmin olmalıdırlar ki, uşaqlar dostları ilə bu haqda söhbət edərkən doğru xəbərlə silahlanmış olsunlar.


Fotonun müəllifi Getty Images
Image caption Westminster hücumu vaxtı məhkəmə-tibb ekspertləri dəlil toplayır.

Onlara həqiqəti söyləyin

Uşaqlar üçün First News nəşrinin baş redaktoru kimi Nicky Cox deyib ki, onun komandası oxucularına faktları təqdim edərkən son dərəcə diqqətli olur.

O bildirib ki, uşaqlara "saxta xəbərlərlə" doğru xəbərlərin mənbəyini ayıra bilməyi öyrətmək lazımdır.

"Biz onlara həqiqəti söyləyirik".

"Düşünürəm ki, həqiqəti gizlətmək üçün heç bir əsas yoxdur, əks halda onlar internet vasitəsilə və ya məktəbdəki söhbətlərdən yanlış məlumat əldə edə bilərlər.

"Saxta xəbərlər, dezinformasiya o qədər geniş yayılıb ki, mütləq övladlarımıza doğru məlumatı ayırd etməyi öyrətməliyik.

"Məncə, uşaqlar bizim düşündüyümüzdən daha fərasətlidirlər."


Fotonun müəllifi EPA
Image caption Westminster-də silahlı polis zabiti

Onlarla söhbət edin

Psixoloq Emma Kenny deyib ki, çox kiçik yaşlı uşaqlar adətən valideynlərinə arxayın olurlar.

Lakin, daha böyük uşaqlar sosial mediada eşitdikləri xəbərlər və ya izlədikləri görüntülər haqqında valideynlərindən bir çox şeyi gizlədə bilirlər.

Xanım Kenny söyləyib ki, valideyn hər zaman açıq söhbətə hazır olmalıdır.

"Onlardan xəbər haqqında eşidib-eşitmədiklərini soruşun və söhbət edin," o deyib.

"Bu yolla onlar, ürəklərindəki sualları sizə verə bilərlər."


Fotonun müəllifi PA
Image caption Britaniya parlamentinin üzvü Tobias Ellwood Westminster hücumu vaxtı yaralı polisə kömək edir

Onların suallarını cavablandırın

Xanım Kenny-n böyük oğlu ona Westminster-dəki hücumdan sonra, Londona getmək istəmədiyini söyləyib.

"Mən ona, aprel ayında Londona gedəcəyik dedim. Sənin yatağından yıxılıb ölmək şansın daha böyükdür, nəinki Londonda terror hücumuna tuş gəlmək," o deyib.

O, oğluna izah edib ki, "pis və xəstə insan" daha azdır və "Britaniya yaxşı insanlarla doludur".

"Dünən baş verənlərə nəzər salsaq, hücuma məruz qalan insanlar digərlərinə kömək etmək üçün can atırdılar, hadisədən qaçmırdılar," o əlavə edib.

O, valideynlərə məsləhət bilib ki, uşaqları müzakirə və söhbətə cəlb etsinlər və onlarda əminlik yaransın deyə, statistik təhlillərdən istifadə etsinlər.

"Uşağınıza sual edin ki, bu illər ərzində bənzəri hadisə neçə dəfə başına gəlib?"