James Bond aktyoru ser Roger Moore vəfat edib

Roger Moore
Image caption O, 7 James Bond - məşhur casus filmində oynayıb.

Ən çox James Bond obrazı ilə tanınan aktyor Ser Roger Moore 89 yaşında vəfat edib, onun ailəsi bildirir.

O, 7 James Bond - məşhur Britaniyalı casus filmində oynayıb.

Ser Rogerin ailəsi onun ölümü barədə məlumatı Twitter-də verərək, onun "xərçəngə qarşı qısa, lakin mərd döyüşdən" sonra öldüyünü bildirib.

Onun uşaqlarının bəyanatında yazılır: "Özün olduğun və çoxları üçün xüsusi olduğun üçün təşəkkür, ata."

İsveçrədə dünyasını dəyişən Ser Roger Monako-da kiçik bir dəfn mərasimi ilə dəfn ediləcək.

"Onun son günlərində əhatə olunduğu sevgi o qədər böyük idi ki, bu, sözlə qiymətləndirilə bilməz", Debora, Geoffrey və Christian-ın birgə bəyanatında deyilir.

"Fikrimiz indi, bu çətin zamanda Kristinanı [arvadını] dəstəkləməyə yönəlməlidir."

Əlaqəli mövzular