Mançester: bombaçı "tək fəaliyyət göstərməyib"

Manchester Fotonun müəllifi Reuters

Britaniyanın daxili işlər naziri Amber Rudd bəyan edib ki, Mançester Arenada hadisəni törədənin "tək fəaliyyət göstərmədiyi" güman edilir.

Mançester Arenada azı 22 nəfərin öldüyü hücumdan sonra Britaniya hökuməti yeni bir hücum riski səbəbiylə təhdid səviyyəsini ən yüksək səviyyəyə çıxarıb.

Baş nazir Theresa May, təhlükəsizlik tədbirləri çərçivəsində Böyük Britaniyada bəzi bölgələrə əsgər yerləşdiriləcəyini deyib.

Hadisə nəticəsində yaralıların sayı 64-ə çatıb, onların 20-nin vəziyyəti ağırdır.

May, əsgərlərin əhəmiyyətli nöqtələrdə, konsertlər, idman tədbirləri kimi hücumlara hədəf olan təşkilatlarda təhlükəsizliyi təmin edəcəyini bildirib.

May, ölkədə terror təhdidinin ən yüksək səviyyə olan "kritik" səviyyəsinə yüksəldildiyini və bunun yeni hücumların olmasının mümkün olması mənasına gəldiyini deyib.

Baş Nazir ötən gün sədrlik etdiyi Cobra təhlükəsizlik komitəsi iclasından sonra verdiyi bəyanatda 23 may hücumunu bu günə qədər İngiltərənin şimalını hədəf alan "ən pis hücum" olduğunu ifadə edib.


Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Manchester partlayışı: İnsanlar hadisə yerini tərk edir

Fotonun müəllifi EPA

Polis, hücuma görə şübhəlinin 22 yaşlı Salman Abedi olduğunu açıqlayıb.

BBC-nin əldə etdiyi məlumatlara əsasən, şübhəli Liviya əsilli bir ailədə Mançesterdə doğulub.

Hadisə ilə bağlı daha bir 23 yaşlı kişi saxlanılıb.

Fotonun müəllifi Google
Image caption Hadisənin baş verdiyi əraziləri göstərən xəritə

Hadisə bazar ertəsi günü Bakı vaxtilə saat 01:30-da baş verib.

Əl istehsalı olan cihazın qızması nəticəsində baş verən partlayış ABŞ-dan olan pop müğənnisi Ariana Grande-nin konsertinin sonunda konsert zalının foyesində baş verib.

Hadisəyə görə məsuliyyəti özünü İslam Dövləti (İD) adlandıran qrup götürüb.

Bu barədə daha geniş