Terrorçuluqda şübhəli bilinən şəxs London-Türkiyə reysində həbs olunub

polis Fotonun müəllifi Getty Images
Image caption Böyük Britaniya polisi gücləndirilmiş iş rejimində xidmət edir

Böyük Britaniya polisinin terrorla mübarizə bölməsinin əməkdaşları Stansted hava limanında Türkiyəyə uçan təyyarəyə oturan 37 yaşlı kişini həbs ediblər. Bununla yanaşı, ilkin məlumatlarda şübhəli şəxsin Suriyaya getdiyi bildirilir.

Böyük Britaniyanın terrorla bağlı qəbul etdiyi akta uyğun olaraq şübhəli şəxs qismində həbs olunan şəxs Londonun cənubunda yerləşən polis məntəqəsinə gətirilib.

Hazırda polis əməkdaşları şəhərin şimalındakı iki ünvanda axtarış əməliyyatları keçirirlər.

Britaniya polisi bu həbsin Manchester-dəki partlayışla əlaqəsi olmadığını qeyd edib.

Bazar ertəsi Manchester Arenada amerikalı müqənni Ariana Grande-nin konsertindən sonra baş verən partlayışda 22 nəfər həlak olub, 59 nəfər yaralanıb.

Partlayışa görə məsuliyyəti özünü İslam Dövləti (İD) adlandıran qruplaşma öz üzərinə götürüb.

Manchester Arena-da baş verən partlayış 2005-ci ildə Londonda baş verən hadisədən sonra ən böyüyüdür. 2005-ci ildə baş verən terror zamanı 50 nəfər həlak olmuşdu.

Böyük Britaniyanın baş naziri Theresa May ölkədə terror aktı təhlükəsinin yüksək həddə çatdığını bəyan edib. Bu isə bilavasitə terror təhlükəsi deməkdir.

Əlaqəli mövzular