Tayvanın Ali Məhkəməsi eynicinsli nikahların xeyrinə qərar verib

This picture taken on November 17, 2016 shows a supporter of same-sex marriage holding a rainbow flag outside the Parliament in Taipei. Fotonun müəllifi AFP

Tayvanın Ali Məhkəməsinin hakimləri eynicinsli nikahlar xeyrinə qərar verib.

Parlament bu qərara əsasən qarşıdakı iki ildə qanunvericiliyi dəyişərsə və ya yeni qanun qəbul edərsə, Tayvan Asiyada eynicinsli nikahları leqallaşdıran ilk ölkə ola bilər.

BBC müxbiri Cindy Sui deyir ki, parlamentin nə qərar verəcəyini isə hələlik proqnozlaşdırmaq olmur.

Məhkəmənin qərarında deyilir ki, "sadə etik qaydaları qorumaq xatirinə eyni cinsli iki nəfərin evlənməsinə qadağa qoymaq rasional əsasları olmayan müxtəlif davranış" təşkil edir.



Məhkəmə bu qənaətə gəlib ki, "belə müxtəlif davranış" Tayvan konstitusiyasının qoruduğu "bərabərlik hüququnun mahiyyəti və mənası ilə bir araya sığmır".

Çinin özünün bir hissəsi hesab etdiyi Tayvan muxtariyyəti liberal dəyərlərinə və regionda ən böyük gey qürur tədbirləri ilə tanınır.

Əlaqəli mövzular

Bu barədə daha geniş