Avstraliyada aborigenlərin tarixi sammiti başlayıb

Улуру
Image caption Sammit aborigenlər üçün müqəddəs sayılan Uluru qayalığının yaxınlığında keçirilir

Avstraliyada yerli qəbilələrin yüzlərlə lideri qitənin ilk sakinlərinin qanuni tanınmasına həsr olunmuş tarixi sammitinə qatılmaq üçün ölkənin mərkəzinə toplaşıb.

Aborigenlər üçün müqəddəs sayılan Ulura qayalığı yaxınlığında keçirilən üç günlük sammit ölkənin yerli sakinlərinin hüquqlarının tanınmasının 50 illiyinə həsr olunub.

1967-ci ilin mayın 27-də Avstraliyada keçirlən referendumda ölkə konsitusiyasına dəyişikliklər edilib.

Dəyişiklik nəticəsində yerli əhalinin maraqlarına uyğun xüsusi qanunların qəbul edilməsinə, parlamentdə yerlərin təyinatı zamanı aborigenlərin sayının nəzərə alınmaması müddəasının konstitusiyadan çıxarılmasına, maliiyə bölüşdürülməsinə və digər qərarların qəbul edilməsinə icazə verilib.

Bu dəyişiklərin qəbul olunmasına əhalinin 90,2 %-i səs verib. Bu isə ölkə tarixində ən yüksək nəticədir.

Lakin bütün bunlara baxmayaraq konstitusiyada aborigenlərin adı çəkilmir.

Fotonun müəllifi Getty Images
Image caption Aborigen diceridu alətində ifa edir

Sammit iştirakçılar hesab edirlər ki, hazırkı toplantı yerli əhalinin tanınması məsələsinin yekdilliklə qəbul olunmasına köməklik edəcək.

Qitənin yerli sakinlərindən ibarət nümayəndələrin tövsiyyələri bu ilin iyin ayında ölkə rəhbərliyinə təqdim olunacaq.

Sammitin sonunda yerli sakinlər barədə xüsusi müddəanın ölkə konsitusiyasına daxil edilb-edilməməsi barədə qərarın qəbul ediləcəyi gözlənilir.

Aborigenlər Avstraliyanın 24 milyonluq əhalisinin yalnız 2,5 faizini təşkil edir.

Əlaqəli mövzular

Bu barədə daha geniş