Yeni araşdırma: “Light siqaret çəkənlərin xərçəngə yoluxmaq riski daha çoxdur”

Sigara Fotonun müəllifi AFP

ABŞ-da aparılan yeni araşdırmaya əsasən "light" markalı siqaret çəkənlərin ağciyər xərçənginə yoluxmaq təhlükəsi, normal siqaret çəkənlərə nisbətən daha çoxdur. Araşdırmada filtrlərdə olan dəliklərin ciyərlərə daha çox tüstü çəkməsinə səbəb olduğu qeyd olunur.

Ohio universitetində aparılan araşdırma ağ çiyərlərin dərinliklərində yaranan, bir xərçəng növü olan adenokarsinom hallarının son 50 ildə artması səbəbləri barədə suallara cavab verib.

Bu 50 illik müddət ərzində siqareti tərgidənlərin sayının artması qarşılığında digər ağ ciyər xərçəng növlərinin azaldığı məlum olub.

Alimlərin qənaətinə görə, araşdırmanın nəticələri adenokarsinomla "light" siqaretlərə olan tələbatın artması arasındakı əlaqəni müəyyən edib.

Filtrində dəliklər olan "light" siqaretlərdə daha az qətran olduğu bildirlərək 50 il əvvəl satışa çıxarılmışdı.

Daha çox tüstü

Araşdırmaya başçılıq edən Dr. Peter Shields "Siqaret həvəskarlarınıvə ictimai sağlamlıq nümayəndələrini light siqaretlərinin daha təhlükəsiz olması fikri ilə aldadıblar.

Əldə etdiyimiz məlumatlar filtrində dəliklər olan siqaretlərlə son 20 ildə artan adenokarsinom halları arasında açıq aşkar bir əlaqənin olduğunu göstərir. Bizi narahat edən əsas məsələ hazırkı siqaretlərin hardasa hamısında bu dəliklərin olmasıdır " deyib.

ABŞ-da "light" və ya "az qətranlı" adı altında siqaret satışı qadağandır.

Lakin alimlər filtrində dəliklər olan siqaretlərin hamısının qadağan olunmasının lazım olduğunu söyləyirlər.

Elm adamlarının fikrincə, hava dəlikləri ciyərlərə daha çox tüstünün çəkilməsinə səbəb olur. Siqaret tüstüsünün tərkibində xərçəngə gətirib çıxaran kimyəvi maddələr və toksinlər vardır.

"Filtrlərdəki havalandırma dəlikləri tütün yanma şəklini dəyişdirir və daha çox konserogen maddəsini ortaya çıxarır. Bu yolla tüstü ağ ciyərlərdə adenokarsinomların sıx olduğu hissələrə çatır ", - deyə Dr. Shields bildirib.

Əlaqəli mövzular

Bu barədə daha geniş