Mançester hücumu: Polis sızıntılara görə ABŞ-la məlumat paylaşmayacaq

Possible detonator and backpack remnants Fotonun müəllifi New York Times
Image caption New York Times qəzeti yazır ki, bu dəlillər hücum səhnəsində toplanıb

Mançester Arena-da intiharçı hücumunu araşdıran polislər mediaya sızıntılardan sonra ABŞ-la məlumat paylaşımına son qoyublar, BBC-nın aldığı məlumatda qeyd edilir.

New York Times qəzetində hücum yerindən çəkilən şəkillərin dərc edilməsi Britaniya rəsmilərinin qəzəbinə səbəb olub.

Theresa May Donald Trump-la NATO-nun sammiti zamanı Mançester Arenada partlayışa dair sübutların ABŞ mediasında görünməsi barədə danışacaq.

Böyük Britaniya rəsmiləri hücuma aid dəlilləri New York Times qəzetində gördükdən sonra "qəzəblənib".

Bazar ertəsi axşamı Mançester Arenaya edilmiş hücum nəticəsində uşaqlar da daxil olmaqla 22 nəfər ölüb, 64 nəfər yaralanıb.

BBC-nin təhlükəsizlik üzrə müxbiri Gordon Corera deyir ki, Böyük Britaniya rəsmiləri hesab edirlər ki, fotoların yayılmasının səbəbkarı ABŞ hüquq-mühafizə orqanlarıdır, nəinki Ağ Ev.

Bu arada isə Britaniya polis intiharçı Salman Abedi ilə əlaqəli olduğu deyilən "şəbəkənin" araşdırılmasına davam edir.

Cümə axşamı səhəri Mançesterdə Moss Side deyilən ərazidə axtarış edərkən əməliyyatçılar nəzarətdə altında partlayış həyata keçirib.

Reydlər nəticəsində Mançester, Wigan və Nuneaton-da Abedi-nin böyük qardaşı da daxil olmaqla, 6 kişi və bir qadın həbs edilib.

Qadın sonra sərbəst buraxılıb. Abedinin atası və başqa bir qardaşı isə Liviyada polis tərəfindən tutulub.

Mediada nə çap edilib?

New York Times tərəfindən "mümkün detonator" kimi təsvir olunan qurğu da daxil olmaqla, digər fotoların çap edilməsi Böyük Britaniyanı "qəzəbləndirib".

Abedinin şəxsiyyəti barədə məlumatlar da partlayışdan sonra 24 saatdan az müddət sonra ABŞ mediasında - CBS və NBC-də idi.

Daxili işlər naziri Amber Rudd deyib ki, o, bundan "əsəbləşib" və Vaşinqtonu "bunun yenidən baş verməməsi" üçün xəbərdarlıq edib.

Lakin bu çağırışa baxmayaraq, sonradan mediada bomba və çiyin çantasının fotoları çap edilib.

Bundan sonra nazir Amber Rudd BBC Radio 4-ə deyib: "Bəli, açığını desək... Britaniya polisi əməliyyatın toxunulmazlığını qorumaq üçün informasiya axınına nəzarət etmək istəyir - amma surpriz - başqa mənbələrdən yayılması qıcıqlandırır və mən dostlarımıza aydın şəkildə dedim ki, bu, baş verməməlidir."

Əlaqəli mövzular

Bu barədə daha geniş