Erdoğan: "Aİ-dən ayrılmaq kimi bir problemimiz yoxdur"

Erdoğan Fotonun müəllifi AFP

Prezident Recep Tayyip Erdoğan Brüssel səfərindən öncə, "Türkiyənin Avropa İttifaqından ayrılmaq kimi bir problemi yoxdur" deyib.

Müxbirlərin suallarını cavablayan Erdoğan, Aİ-dən "üzərinə düşən vəzifəni yerinə yetirməyi" gözlədiyini söyləyib.

Erdoğan, "Aİ Türkiyəni öz qapısında dilənçi kimi görə bilməz, belə bir şeyə haqqı yoxdur' deyib.

Erdoğan Brüssel zirvə görüşündən əvvəl Aİ Şurası sədri Donald Tusk və Aİ Komissiyası başçısı Jean-Claude Juncker ilə edəcəyi ortaq görüşdə Türkiyə-Aİ münasibətlərindəki son vəziyyəti müzakirə edəcəklərini dilə gətirib:

"Siz Türkiyədən nə gözləyirsiniz?" deyə sual edəcəyik. Aİ Türkiyənin özünün geri çəkilməsini gözləyir. Biz də deyirik ki, "Belə bir şey varsa, qərarı siz verin". Biz də işinizi çətinə salmarıq."

Mançester şəhərində baş verən hücumu tənqid edən ilə bağlı Erdoğan NATO-un daha fəal olmağa səsləyib.