Dünyanın ən bahalı futbolçusu Paul Pogba Kəbəni ziyarət edib

Paul Pogba Məkkədə çəkdirdiyi fotosunu paylaşıb Fotonun müəllifi Instagram/Paul Pogba
Image caption Paul Pogba bundan əvvəl artıq bir dəfə Həcc ziyarətində olub

Dünyanın ən bahalı futbolçusu Paul Pogba Ramazan ayının başalaması ilə əlaqədar Məkkəyə ziyarətə gəlib.

Futbol üzrə Fransa millisinin oyunçusu bazar günü Məkkədə çəkdirdiyi fotoşəklini sosial şəbəkələrdə bölüşüb.

Pogba fotosunun altından belə bir kəlmə yazıb: "Həyatımda gördüyüm ən ecazkar yer".

Eyni zamanada, Fransa millisinin futbolçusu Twitter səhifəsində hamını "Ramazan bayramı ilə əlaqədar" təbrik edib.

Ötən ilin yayında İngiltərənin Manchester United klubu Paul Pogba-ya görə İtaliyanın Juventus klubuna 114 milyon dollar pul ödəyib.

O zamandan bəri 24 yaşlı oyunçu dünyanın ən bahalı futbolçusu sayılmaqdadır.

Fotonun müəllifi PA
Image caption Pogba ötən ilin yayından dünyanın ən bahalı futbolçusu sayılır

Mayın 24-də Paul Pogba Manchester United klubu tərkibində Avropa Liqası kubokunu qazanıb.

Avropa Liqası kuboku uğrunda turnirin final oyununda Manchester United klubu Hollandiyanın Ajax klubuna 2:1 hesabı ilə qalib gəlib.

Manchester United tərkibində rəqibin qapısına ilk qolu vuran da məhz Paul Pogba olub.

Futbol mövsümünün sonunda o, özünün qısa videosunu paylaşaraq dualar etmək üçün ziyarətə yola düşdüyünü yazıb. Pogba Məkkəyə Ümrə ziyarətinə gəlib.

Ümrə, Həcc mövsümü xaricində müsəlmanların Kəbəni ziyarət etmələrinə deyilir.

Xəbərlərə görə, Pogba bundan əvvəl bir dəfə də, Həcc ziyarəti zamanı Məkkədə olub.

Bu barədə daha geniş