Trump, kürəkənini "məxfi Rusiya kanalı" məsələsində müdafiə edib

Jared Kushner , ABŞ prezidenti Donald Trump və Ticarət naziri Wilbur Ross Fotonun müəllifi Reuters
Image caption Jared Kushner prezident Trump-ın aparıcı müşavirlərindən biridir

Donald Trump, xəbərlərdə Moskva ilə məxfi kommunikasiya xətti yaratmağa çalışdığı bildirilən kürəkəni Jared Kushner-i müdafiə edib.

New York Times qəzetinə verdiyi bəyanatında Trump, Kusherin yerinə yetirdiyi "böyük işi" alqışlayıb.

Jared Kushner, Donald Trump-ın böyük qızı İvankanın əridir.

Sözügedən bəyanatında prezident Trump, kürəkəninə qarşı edilmiş ittihamlara birbaşa toxunmayıb.

İddia edildiyinə görə, Kushner dekabr ayında Rusiya səfiri ilə məxfi kommunikasiya kanalının qurulması məsələsini müzakirə edib.

New York Times və Washington Post nəşrlərinin yazdığına görə, Moskva ilə müzakirələrin ABŞ-da dinlənilməsinə yol verməmək üçün Kushner Rusiya vasitələrindən istifadə etmək istəyib.

Xəbərlərə görə, Kushner bu cəhdləri Trump-ın prezident qismində inauqurasiyasından əvvəl edib.

Kushner-ə qarşı bu ittihamlar, deyildiyinə görə, onun ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən yoxlanıldığı məlum olandan sonra səslənib.

Fotonun müəllifi AFP
Image caption Kushner prezident Trump-ın qızı Ivanka-nın əridir

FTB tərəfindən bu yoxlama, 2016-cı il seçkilərinə Rusiyanın müdaxiləsi iddialarının təhqiqatı çərçivəsində aparılır.

ABŞ-dakı xəbərlərə görə, müstəntiqlər hesab edirlər ki, Kushner-də olan məlumatlar istintaq üçün maraq kəsb edə bilər.

Lakin bu, heç də o demək deyil ki, Jared Kushner cinayət törətməkdə şübhəli sayılır.

Bazar günü Ağ Evdə, deyildiyi kimi, hüquqşünas məsləhətçilərlə görüşən Trump böyük müşavirini dəstəkləyib.

"Jared ölkə üçün böyük iş görür. Mən ona tamamilə etibar edirəm", Trump New York Times-a bəyanatında qeyd edib.

Trump-ın bu bəyanatından əvvəl onun administrasiyanın yüksək vəzifəli rəsmiləri Kuşner-ə qarşı səslənmiş ittihamların əhəmiyyətsiz olduğunu göstərməyə çalışıblar.

Daxili təhlükəsizlik naziri John Kelly bazar günü ABC News şəbəkəsinə bildirib ki, xarici dövlətlərlə məxfi kommunikasiya kanalının yaradılması "normal" və "qəbuledilən" bir praktikadır.

Bu barədə daha geniş