Cənubi Afrika Prezidenti Jacob Zuma “Dubaya köçmək istəyir”

The skyline of Dubai is pictured from the Burj Khalifa (16 May 2017) Fotonun müəllifi AFP
Image caption Yerli mətbuatda dərc edilən email-lərdə prezident Zumanın Dubaya köçmək istədiyi deyilir.

Cənubi Afrikanın qalmaqallı prezidenti Jacob Zuma Dubaya köçmək istəyir, yerli mətbuatda dərc edilmiş email-lərdə belə yazılıb.

Xəbərlərdə deyilir ki, prezident Zuma və Cənubi Afrikanın məşhur Gupta biznes ailəsi ilə əlaqələri dərinləşir.

Lakin, prezidentin sözçüsü xəbərlərin tamamilə qondarma olduğunu deyərək iddiaları rədd edib.

Ölkədə son bir neçə ay ərzində baş vermiş korrupsiya qalmaqalları, nazirlərin vəzifələrindən kənarlaşdırılması və iqtisadi vəziyyət prezident Zumaya qarşı təzyiqin artmasına səbəb olub.

Bu həftəsonu cənab Zumanın ANC partiyasının yüksək rütbəli üzvləri onun vəzifəsindən uzaqlaşdırılmasına dair səs veriblər. Növbəti mərhələdə partiyanın milli icraiyyə komitəsi Qapalı qapı arxasında keçirilən görüşdə bu mövzünü müzakirədən keçirəcək.

Bu, altı əy ərzində partiya üzvlərinin cənab Zumanı vəzifəsindən uzaqlaşdırmağa ikinci cəhdidir.

Fotonun müəllifi Getty Images
Image caption Prezidentin Gupta ailəsi ilə yaxın əlaqədə olmasına dair iddialar onun tənqid edilməsinə səbəb olub.
Fotonun müəllifi Reuters
Image caption Cənab Zuma onun istefasını tələb edən çağırışlara reaksiya verməyib.

Təyziq altında

BBC-in müxbiri Karen Allen Cənubi Afrikanın Johannesburg şəhərindən bildirir ki, ANC partiyası artıq fasiləsiz qalmaqalların qarşısını almağa cəhd edir.

Dərc edilən email-lərdə prezident Zuma-nın oğlu Duduzane və Gupta ailəsinə məxsus bir şirkətin işçiləri ilə əlaqələrinin qeyd edildiyi iddia olunur.

Gupta ailəsinin cənab Zuma üzərində böyük təsiri olduğu deyilir.

Email-lərin arasında həmçinin Abu Dabi kral ailəsinə unvanlanmış məktub da var, müxbirimiz bildirir.

"Ailəmin BƏƏ-ni özləri üçün ikinci ev etmək qərarını sizə çatdırmağa şadam", dərc edilmiş email-lərdə prezidentin dediyi idda edilir. "Bizim BƏƏ-də qalmağımız üçün sizin himayənizi qazanmaq mən və ailəm üçün böyük şərəf olardı".

Fotonun müəllifi Reuters
Image caption Cənab Zumaya qarşı çox sayda etiraz aksiyaları keçirilib.

Bu email-lərdə yazılanların xalisliyi isbat olunarsa cənab Zumanın BƏƏ-də özü üçün ikinci ev yaratmaq niyyətində olduğunu göstərir və bunun onun "ölkədən çıxış strategiyası" olub-olmamasına dair suallar yaradır.

Nəticədə partiya üzvlərinin bəziləri prezidentə qarşı çevriliblər, müxbirimiz qeyd edib.

Lakin mətbuatda yayılmış iddialar prezidentin sözçüsü tərəfindən "tamamilə qondarma fitnə" adlandırılıb.

Həmçinin ehtimal var ki, prezidentin tərəfdarları onun vəzifəsidən uzaqlaşdırılmasına qarşı yönələn səsverməni texniki səbəblərlə ləğv edə bilərlər.

Əlaqəli mövzular

Bu barədə daha geniş