Varlı ölkələrdə təqaüd yaşı ən azı 70 olacaq

Older worker Fotonun müəllifi Getty Images

2050-ci ilə qədər ömür müddəti 100 ili ötdükdən sonra varlı ölkələrdə təqaüd yaşı ən azı 70-ə çatacaq, yeni bir hesabatda qeyd edilir.

Dünya İqtisadi Forumu (World Economic Forum) bildirir ki, 2050-ci ilə qədər dünya əhalisinin 65 yaşdan yuxarı olan qisminin 2,1 milyarda çatması ilə bağlı təqaüd yaşının bu səviyyəyə qaldırılmasına ehtiyac olacaq.

Eyni müddətdə hər təqüadçüyə iş yerində olanların sayı yarıya bölünərək 4-ə düşəcək.

Dünya İqtisadi Forumunun (WEF) maliyyə və infrastruktur sistemlərinin rəhbəri Michael Drexler deyir ki, ömür müddətində gözlənilən dəyişikliklər maliyyə baxımından iqlim dəyişikliyi qədər ciddilik daşıyan problemdir.

"Biz bu problemə indi cavab tapmalıyıq, yoxsa bunun mənfi təsirləri gələcək nəsilləri təqib edəcək və uşaqlarımızı və nəvələrimizi mümkünsüz çətinliklərdən keçirəcək", o, deyib.

WEF bildirir ki, Avstraliya, Kanada, Çin, Hindistan, Yaponiya, Britaniya və ABŞ-da təqaüd üçün çatışmayan əmanətin ümumi məbləği 70 trilyon dollardan 2050-ci ilə qədər 400 trilyon dollara yüksələcək.

Çatışmazlıq təqaüdçüləri işlədikləri vaxt əldə etdikləri gəlirin 70 faizi ilə təmin etməyə ehtiyac olan məbləğdir.

WEF-lə birlikdə hesabat üzərində işləyən Mercer-in səhiyyə prezidenti Jacques Goulet problemin böhran səviyyəsinə çatdığını deyib.

"Təqaüd çatışmazlığını aradan qaldırmağa sadəcə bir üsullu çözüm yoxdur. Fərdi səxslər öz şəxsi əmanətlərini və maliyyə biliklərini artırmalıdırlar. Eyni zamanda özəl sektor və hökumətlər onlara dəstək verən proqramları hazırlamalıdırlar", o, qeyd edib.

Bu barədə daha geniş