Şimali Koreya növbəti "uğurlu" raket sınağı keçirib

North Korean leader Kim Jong-un watches the test of a new-type anti-aircraft guided weapon system organised by the Academy of National Defence Science in this undated photo released by North Korea's Korean Central News Agency (KCNA) 28 May 2017. Fotonun müəllifi Reuters
Image caption Müşahidəçilərin fikrincə, bu sınaqlar Şimali Koreyanın nüvə başlığı daşıya bilən raket istehsalını təkmilləşdirməyə doğru irəlilədiyini göstərir.

Şimali Koreyanın son həftələrdə atdığı yaxın məsafəli ballistik raketlərdən üçüncüsü "uğurlu" olub.

Skad Yapon sularına enişdən əvvəl 450km uçub. Raket Yaponiyanı etiraz etməyə vadar edib.

Müşahidəçilərin fikrincə, bu sınaqlar Şimali Koreyanın nüvə başlığı daşıya bilən raket istehsalını təkmilləşdirməyə doğru irəlilədiyini göstərir.

Fotonun müəllifi AFP/Getty Images
Image caption Məlumata görə, Kim Jong-un raket sınağını izləyib

ABŞ Sakit Okean Komandanlığının bildirilib ki, raket Şimali Koreyada Wonsan-dan buraxılıb və o, enişdən əvvəl təxminən altı dəqiqə uçub.

Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Yoshihide Suga jurnalistlərə bildirib ki, raket Yaponiyanın Sado və Oki adalarının arasındakısahədə enib.

Fotonun müəllifi AFP
Image caption Şimali Koreyada Sovet İttifaqı zamanında hazırlanmış kiçik məsafəli Skad raketlərinin böyük ehtiyatları var.

Şimali Koreyada Sovet İttifaqı zamanında hazırlanmış kiçik məsafəli Skad raketlərinin böyük ehtiyatları var. Skad raketlərinin təkmilləşdirilmiş versiyası 1,000 km spektrdə uça bilir.

Əvvəlki iki sınaq uzaqmənzilli raketlərə aid idi və Şimali Koreya onların "uğurlu" olduğunu iddia edib.

Şimali Koreya deyir ki, bu sınaqlar ABŞ təcavüzünə müqavimət göstərmək üçündür.

Əlaqəli mövzular

Bu barədə daha geniş