Əfsanəvi kapitan Totti-nin vida çıxışı Romanı ağlatdı

TOTTI Fotonun müəllifi EPA

"Roma"nın əfsanəvi kapitanı Francesco Totti-nin illərdir oynadığı kluba vida etdiyi "Genoa" matçını şəhərin orta səviyyəli Garbatella məhəlləsindəki bir barda izləyirəm.

Roma futbol klubunun posterləri ilə bəzənən klubun ziyarətçiləri əsasən orta yaşlı kişilərdir. Və həyatımda ilk dəfədir ki, bu qədər insanın birlikdə belə ağladığını görürəm.

"Roma"nın "Genoa"nı 3:2 məğlub etməsi və liqada ikinci yeri tutaraq Çempionlar Liqasında iştirakını təmin etməsi tərəfdarlarını sevindirsə də, çoxlarının kədərli olduğunu anlamaq elə də çətin deyil.

Fotonun müəllifi EPA

Matçın final fiti səslənən zaman futbolçular soyunma otağına gedirlər.

Bundan sonra Totti tək başına meydançaya çıxır və tribunanı salamlamağa başlayır. Və Totti-nin saxlaya bilmədiyi göz yaşları Garbatella-dakı barda və matçın keçirildiyi Olimpico stadionundakı göz yaşlarına və hıçqırıqlara qarışır.

Totti, xanımı və 3 uşağı ilə birlikdə meydançanı fırlanarkən, "Roma"nın digər oyunçuları da qırmızı gözlərlə kapitanlarını son dəfə sahədə izləyirlər.

Meydançaya açılan və Totti-ylə eynilik təşkil edən nəhəng 10 nömrəli formanın ətrafına toplaşan futbolçular da kapitanlarını salamlayırlar.

Fotonun müəllifi Getty Images

Kameralar pərəstişkarların göz yaşları içində tutduqları "Totti Romadır", "Təşəkkür kapitan" və "Bu anı görmədən əvvəl ölməyə ümid edirdim" şüarları göstərir.

Totti pərəstişkarlarına həssas bir məktub oxuyaraq vida edir:

"Bu gün zaman gəlib çiynimə toxundu və dedi ki, artıq böyümək lazımdır, sabahdan etibarən daha böyük olacaqsan. Şortikini və butslarını çıxar. Çünki bu gündən sonra sən böyük bir insansan və artıq otların qoxusunu bu qədər yaxından hiss etməyəcəksən. Qarşıdakı qapıya döğru qaçarkən günəşi üzündə hiss etməyəcəksən, səni tükədən adrenalini və qələbə sevincini dadmayacaqsan "

"Son aylarda məni niyə bu yuxudan oyandırılar deyə özüm-özümə sual verdim. Uşaq vaxtı gözəl bir yuxu görən zaman ananızın sizi məktəbə getmək üçün oyandırması kimi… Yuxunuza davam etmək istəsəniz də bunu əsla bacara bilməzsiniz... Bu dəfə isə bu yuxu deyil, həqiqətdir."

Fotonun müəllifi EPA

Totti "İşığı söndürmək asan deyil" adlı məktubuna "Qorxuram. Bu dəfə mənim sizin hər zaman mənə göstərdiyiniz şəfqətə ehtiyacım var" deyə davam edir.

"Roma-lı olmaq bir imtiyazdır. Bu klubun kapitanı olmaq isə bir qürurdur" deyən Totti məktubunu "Sizi sevirəm" sözləriylə bitirir.

Əlaqəli mövzular

Bu barədə daha geniş