Cənub Qütb Parıltısı Avstraliya və Yeni Zelandiyada müşahidə edilib

Bazar günü Cənub Qütb Parıltısı Tasmaniya üzərində də görünüb Fotonun müəllifi Dave Reynolds
Image caption Aurora Australis parıltısı Tasmaniya üzərində belə görünüb

Ulduz seyri həvəskarları Avstraliya və Yeni Zelandiya üzərində Cənub Qütb Parıltısından yaranan rəngarəngliyin şahidi olublar.

Dave Reynolds həmin ecazkar görüntülərin şəkillərini bazar günü Tasmaniyada Cygnet şəhəri yaxınlığında çəkib.

"Çox gözəl bir mənzərə idi - ləzzət elədi", mənzərə şəkillərinin çəkilişi sahəsində ixtisaslaşan Reynolds BBC-ə deyib.

Cənub Qütb parıltısı və ya Aurora Australis, Günəş küləyi nəticəsində yaranır: Günəşin püskürdüyü elektrik yüklü hissəciklər axını Yerin maqnit sahəsi və atmosferə daxil olarkən qarşılıqlı təsir yaranır, hissəciklərin toqquşmasından çıxan enerji işıq şüası şəklində ətrafa yayılır.

Avstraliya və Yeni Zelandiyanın cənub hissələrində bazar günü səmada Qütb Parıltısına tamaşa edən çoxsaylı seyrçilərdən biri də Dave Reynolds olub.

Onun sözlərinə görə, Aurora Australis səmanı təxminən 2 dəqiqə ərzində sanki, parlaq ağ rəngə boyamışdı.

Fotonun müəllifi Dave Reynolds
Image caption Reynolds deyir ki, səmadakı parıltıya tamaşa etmək üç ən münasib yer sahil zolağıdır

"İnanılmaz mənzərə idi", fotoqraf deyib.

Əslən İngiltərənin Birmingham şəhərindən olan Reynolds Tasmaniyaya 3 il bundan əvvəl köçüb.

"Təsəvvürümə belə gətirə bilməzdim ki, qütb parıltısını Tasmaniyada seyr edəcəyəm", Reynolds deyib.

Aurora Australis (Cənub Qütb Parıltısı) və Aurora Borealis (Şimal Qütb Parıltısını) Yerin qütblərinə yaxın ərazilərdə seyr etmək mümükündür.

Əlaqəli mövzular

Bu barədə daha geniş