Android-in yaradıcısı Andy Rubin-dən Essential Phone smartfonu

Essential Phone Fotonun müəllifi Essential
Image caption Essential Phone işıqsız yerlərdə qoşa kamera sistemindən istifadə etmək imkanı yaradır

Google Android əməliyyat sisteminin müəllifi Andy Rubin yeni smartfon yaratdığını elan edib.

Andy Rubin, Google ilə 2014-cü ildə vidalaşdıqdan sonra Playground texnologiya investisiyaları şirkəti yaradıb.

Həmin investisiyalar əsasında maliyyələşən şirkətlərdən biri də Essential-dır, Essential Phone isə bu şirkətin ilk məhsuludur.

Yeni smartfon Android əməliyyat sistemi əsasında işləyir və ABŞ bazarına $699 qiymətə çıxarılıb.

Lakin smartfonlar bazarında yeni brendin özünə yer eləməsi asan iş deyil.

Hazırda qlobal smartfon bazarında ən böyük 21 faiz pay ilə Samsung liderlik edir, Gartner texnologiya araşdırmaları şirkəti bildirib. Apple şirkətinin bazarda payı 14 faizdir.

Ucuz cihazlar təklif edən Çin nəhənglərindən savayı, kiçik şirkətlərin smartfon bazarında hətta cüzi pay əldə etmək şansları inanılmaz görünür, qalsın ki, bahalı Essential Phone smartfonu. Bu modelin qiyməti məsələni daha da qəlizləşdirir.

Fotonun müəllifi Essential
Image caption Essential Phone ekranının eninə-uzununa çərçivəsi cihazın ölçülərinə maksimal dərəcədə yaxınlaşdırılıb

Lakin Rubin hesab edir ki, Android bazarında Samsung ilə yanaşı daha bir oyunçuya yer tapmaq mümükündür və belə bir oyunçu məhz Essential ola bilər. O, bunu Californiyada çıxışı zamanı deyib.

Yeni smartfonla yanaşı, Essential "yaxın zamanlarda" istehlakçılara Amazon-un Alexa və Google-un Home proqramlarına bənzər Home məişət köməkçisi proqramını təklif etməyi planlaşdırır.

Qoşa linzalar

Essential Phone titandan hazırlanıb və ekranının eninə-uzununa çərçivəsi cihazın ölçülərinə maksimal dərəcədə yaxınlaşdırılıb.

Cihazın arxa tərəfindəki iki maqnit dayaq smartfona əlavə aksessuarları birləşdirməyə imkan verir. Belə aksessuarlardan biri isə 360 dərəcəli kameradır.

Smartfonun özünün iki arxa kamerası var. Essential-ın bildirdiyinə görə, qoşa linzalar işıqsız yerlərdə daha keyfiyyətli şəkillər çəkməyi mümkün edir.

Fotonun müəllifi Essential
Image caption Essential Home köməkçi proqramı Amazon and Google-un bənzər proqram təminatları ilə rəqabət apara bilər

Cihazın ön kamerası (selfie üçün) rəqiblərinki ilə müqayisə ediləndir - 8 megapiksellik sensora malikdir.

Rubin qeyd edib ki, möhkəmliyi təmin edən titan korpusu Phone smartfonu üçün telefon qabını lazımsız edir.

Daha hamar görünüşü təmin etmək üçün smartfonun loqotipi üstünə vurulmayıb, lakin nəticədə bu, cihazın brend mənsubluğunu tanımaq məsələsini çətinləşdirir.

Əlaqəli mövzular

Bu barədə daha geniş