BMT Yəməndə "humanitar tənəzzül" barədə xəbərdarlıq edib

A cholera-infected Yemeni woman receives treatment at a hospital amid cholera outbreak in Sana"a, Yemen, 28 May 2017. Fotonun müəllifi EPA
Image caption Tüğyan edən vəba və ərzaq qıtlığı Yəməndə böhranı güclənir

Birləşmiş Millətlər Təşkilatının aparıcı humanitar koordinatoru bildirib ki, Yəmən "ümumi sosial, iqtisadi və institusional tənəzzül" ilə üzləşir.

Stephen O'Brien bu barədə birbaşa BMT Təhlükəsizlik Şurasına məlumat verib və deyib ki, "təcili tədbirlər görülməlidir".

Yəmən humanitar böhranın qızğın çağındadır. Burada demək olar ki, aclıq həddində yeddi milyon əhali var.

Ölkədə tüğyan edən vəba epidemiyası artıq 500 nəfərin ölümünə səbəb olub. BMT növbəti altı ayda 150 min nəfərin bu xəstəliyə tutulacağını ehtimal edir.

Mr O'Brien deyir ki, yəmənlilərin əzabları təsadüfi və ya "nəzarətimizdən kənar qüvvələrin nəticəsi" deyil. Bu, əksinə, "dünya dövlətləri tərəfindən fəaliyyətsizliyin" günahıdır.

"Yəmən xalqı məhrumiyyətlər, xəstəlik və ölümə məruz qalırlar, dünya isə izləyir," o bildirib.

O deyib ki, "səxavətli öhdəliklərə" baxmayaraq, lazım olan 2,1 milyard dollar humanitar yardımın yalnız 24 faizi toplanıb.

Fotonun müəllifi Reuters
Image caption İqtidaryönlü qüvvələr, 29 may, Taiz şəhəri yaxınlığı

Ötən iki il ərzində ölkə Səudiyyənin başçılıq koalisiya tərəfindən dəstəklənən, beynəlxalq səviyyədə tanınan prezidentə loyal qüvvələr ilə şiə husi üsyançıları arasında mübarizə meydanına çevrilib.

Bu arada əl-Qaidə ölkənin cənub və cənub-şərqində öz iştirakını möhkəmləndirmək üçün xaosdan istifadə edib.

BMT 2015-ci ilin mart ayından intensivləşmiş münaqişədə əksəriyyəti dinc əhali olmaqla 8 min insanın öldüyünü və 44 min 500 nəfərin xəsarət aldığını bildirib.

Yəməndə təqribən 18,8 milyon insanın humanitar yardıma ehtiyacı var.

BMT Təhlükəsizlik Şurasının qarşısında çıxış edən, Yəməndan yeni qayıtmış BMT-nin Yəmən nümayəndəsi Ismael Ould Cheikh Ahmed, deyib ki, münaqişə tərəflərindən heç biri güzəştə getmək istəmir.

Onun sözlərinə görə, "sülh çağırışı hələ də eşidilmir".

Bu barədə daha geniş