Belçika: Şahzadə idman tapançası ilə baş nazirin "qulağını batırıb"

Şahzadə Astrid-in atəş açdığı an və Baş nazir Michel-in buna necə reaksiya verməsi fotoda öz əksini tapıb. 28 may 2017, Brüssel. Fotonun müəllifi AFP
Image caption Şahzadə Astrid-in atəş açdığı an və baş nazir Michel-in buna necə reaksiya verdiyi fotoda öz əksini tapıb

Şahzadə Astrid idman tapançasından atəş açdığı zaman baş nazir Charles Michel onun yanında dayanmışdı.

İdman tapançasından çıxan səs baş nazirin qulağını batırıb.

Deyildiyi kimi, Charles Michel-in eşitmə qabiliyyəti zəifləyib.

Hadisə bazar günü Brüsseldə keçirilmiş qaçış yarışına start verilən zaman baş verib.

Tədbirdən çəkilmiş fotoda şahzadə Astrid-in açdığı atəşə baş nazirin necə reaksiya verdiyi görünür.

Çərşənbə axşamı o, tibbi müayinədən keçib və parlamentin iclasına qatılmayıb.

Charles Michel-in sözçüsü Frederic Cauderlier hadisədən sonra baş nazirin, qulağında cingilti səsi hiss etdiyini deyib.

Ötən həftə ABŞ prezidenti Donald Trump-ın Brüsselə səfəri zamanı baş nazir Charles Michel ev sahibi qismində, keçirilmiş görüşlərdə iştirak edib.

AFP agentliyinə danışan Frederic Cauderlier deyib ki, Charles Mişel-in "şəxsi həyat hüququnu pozmamaq üçün" əlavə təfərrüatlar vermək niyyətində deyil.

54 yaşlı şahzadə Astrid, Belçika Kralı Philippe-in kiçik bacısıdır.

Bazar günü Brüsseldə 20 km məsafəyə qaçış yarışı keçirilib.

Bu yarış Belçika paytaxtında ənənəvi olaraq hər il təşkil edilir.

Qaçış yarışında 40 min insan iştirak edib.

İdman tapançası ilə start verdikdən sonra şahzadə də yarışçılara qoşulub.

Əlaqəli mövzular

Bu barədə daha geniş