Alimlər: qədim misirlilərin genotipləri müasirlərdən fəqlənir

Статуя королевы Хатшепсут Fotonun müəllifi Getty Images
Image caption Alimlər iddia edirlər ki, qədim misirlilərlə Yaxın Şərq sakinlərinin arasında ümumi oxşarlıqlar çoxdur.

Misir mumiyaları üzərində aparılan DNT analizlərinə görə, qədim misirlilərlə ölkənin hazırkı sakinləri, həmçinin Afrikanın mərkəzi və cənub hissəsində yaşayan insanlar arasında ümumi oxşarlıqlar çox azdır.

Nature Communications jurnalında dərc edilən hesabatda qeydlərini yazan almaniyalı arxeoloq Johannes Krause-nin sözlərinə görə, tədqiqatın məqsədi qədim və müasir misirlilərin qohumluq dərəcələrini dəqiqliklə müəyyən etmək olub.

Alimlərin gəldiyi yekun nəticəyə görə, Qədim Misir sakinlərinin genotipləri Yaxın Şərq - hazırkı Suriya, Iraq, Türkiyə, Iordaniya, Livan və İsrail sakinlərinə daha yaxındır.

Onlar bizim eramızdan əvvəl XIV əsrdən bizim eramızdan əvvəl IV əsrə qədər Qahirənin cənubunda hazırlanmış və qorunub saxlanılmış 90 mumiya üzərində analiz aparıblar.

Bu analizlər tədqiqatçılara zaman ərzində Misir əhalisinin necə dəyişdiyini başa düşməyə köməklik edib.

Alimlərin qeydlərinə görə, Afrikanın mərkəzi və cənub hissəsində yaşayan sakinlərin genlərinin misirlilərə təsiri bizim eramızın IV-V əsrlərindən başlayıb.

Bu vaxta qədər misirlilərin genotipləri praktiki olaraq dəyişməz qalıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş