ABŞ qitələrarası ballistik raketlərin dəf edilməsi üzrə təlim keçirib

Американская ракета-перехватчик Fotonun müəllifi Getty Images
Image caption Pentagon dəfedici raketin California-dakı hərbi bazadan buraxıldığını bəyan edib.

Amerikalı hərbçilər ABŞ tərəfinə uçmaq ehtimalı olan qitələrarası ballistik raketlərin dəf edilməsi sisteminin təlimini uğurla həyata kecirdiklərini bəyan ediblər.

Qeyd edildiyi kimi, bu, Şimali Koreynın yaratdığı təhlükənin fonunda həyata keçirilən ilk belə sınaqdır.

Pentagon nümayəndələrinin məlumatına görə, California-dakı hərbi bazadan havaya buraxılan dəfedici-raket Marshall adalarından buraxılan və ABŞ sahillərinə uçan təlim hədəfini Sakit okean üzərində vurub.

Şimali Koreya qitələrarası ballistik raketlərin sınaqdan keçirilməsini dayandırmır. Son üç həftə ərzində 3 belə raket sınaqdan keçirilib.

Xüsusilə, bu yaxınlarda Şimali Koreya rəhbərliyi ölkə ərazisindən növbəti ballistik raketlərin büraxıldığını bəyan edib.

Raket sınaqlarından sonra Şimali Koreya lideri Kim Jong-un-un strateji silahların daha güclü növlərinin hazırlanmasının davam etdirilməsi barədə göstəriş verib.

Bundan başqa Şimali Koreya yeni tipli havadan müdafiə sistemlərinin sınaqdan keçirildiyini bəyan edib. Kim Jong-un bəyan edib ki, yeni havadan müdafiə sistemləri "düşmənləri havada üstün olmaları barədə illüziyalardan xilas edəcək".

Əlaqəli mövzular

Bu barədə daha geniş