Тürkiyə hərbi helikopteri qəzaya uğrayıb

Турецкий военный вертолет, снимок 15 июля 2016 года Fotonun müəllifi Getty Images

Türkiyə hərbçiləri İraqla sərhəd yaxınlığında, ölkənin cənub-şərqindəki Şırnak əyalətində vertolyotun qəzaya uğraması barədə məlumat verib.

İlkin məlumatlara görə, göyərtədə olan 13 hərbçinin hamısı həlak olub.

Məlumatlarda deyilir ki, AS 532 Cougar hərbi vertolyotu Senob aviabazasından havaya qalxdıqdan bir neçə dəqiqə sonra yüksəkvoltlu ötürücüdə problemə görə qəzaya uğrayıb.

Fəlakət bölgəsinə xilasetmə dəstələri göndərilib.

AS 532 - Eurocopter konsorsiumu tərəfindən hazırlanmış çoxfunksiyalı orta vertolyotdur.

Əlaqəli mövzular